Biznesin inkişafı üzrə mütəxəssis (Əmlak Sığortası)

Biznesin inkişafı üzrə mütəxəssis (Əmlak Sığortası)

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    31 iyul 2021

  • Bitmə tarixi

    30 avqust 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Biznesin inkişafı üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

PAŞA Sığorta” ASC namizədləri Agile - Avto və əmlak sığortası üzrə blokunda “Biznesin inkişafı üzrə mütəxəssis (Əmlak Sığortası)” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Əsas öhdəliklər:

• Cari satış proseslərin təhlil edilməsi və inkişaf edilməli sahələrinin müəyyən edilməsi;
• Təkmilləşdirilmiş satış proseslərinin dizayn edilməsi, komanda və mərkəzi təşkilat daxilində maraqlı tərəflərlə uyğunlaşdırılması;
• Cari məhsulların, onların paketləri və üstünlüklərin satış strategiyasının müəyyən edilməsi;
• Kanallar üzrə yeni məhsulların(məs. hibrid məhsullar) satış strategiyasının müəyyən edilməsi;
• Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin və mexanizmlərinin, həmçinin çarpaz- satış imkanlarının inkişaf etdirilməsi;
• Müştəri rəylərinə/ geridönüşlərinə əsaslanaraq yeni məhsulların yaradılmasına dəstək göstərilməsi;
• Rüblük məqsədlərə və əsas nəticələrə çatmaq məqsədilə yeni satış kanallarının, əməkdaşlıqların yaradılması və mövcud olanların inkişaf etdirilməsi;
• Satış proqressini dəqiq izləmək məqsədilə satış qıfının (sales funnel) formallaşması və idarəetmə təşəbbüslərində komanda üzvlərinə dəstək göstərilməsi;
• Bazar araşdırmaların aparılması;
• Müştərilərlə vaxtaşırı görüşlərin keçirilməsi;
• Satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi;
• Şirkətin siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;
• Satışla bağlı görüşlərdə fəal iştirak;
• Yeni satış kanallarının formalaşdırılması və mövcud kanalların təkmilləşdirilməsi.

Son müraciət tarixi: 15.08.2021

Namizədə tələblər:

Təcrübə

• Uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili
• Satış və ya biznesin inkişafı üzrə təcrübə
• Cari satışların artırılması və yeni satış imkanlarının aşkarlanması istiqamətində praktiki bilik və təcrübə
• Yeni satış kanallarının və tərəfdaşlıqların qurulması üzrə uğurlu iş təcrübəsi
• Satış üçün potensial müştəri bazalarının formalaşdırılması və idarə olunması bacarıqları
• Minimum 3 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
• Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
• Agile mühitdə iş təcrübəsi arzuolunandır

Biliklər

• Güclü ünsiyyət, təqdimat, tərəfdaşlıq və inandırma qabiliyyəti
• Peşəkar və məsuliyyətli yanaşma
• Planlama, təhlil etmə və hesabatların hazırlanması bacarıqları
• Azərbaycan dilini səlis bilmək
• Rus dili biliyi üstünlükdür

Bacarıqlar

• Dəyişən prioritetlərə yüksək hazırlıq
• Komanda ilə işləmək bacarığı
• Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları
• Intizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox