Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsi

Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsi

Xalq Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 iyul 2024

  • Bitmə tarixi

    31 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Pərakəndə Bankçılıq üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Təsvir

  • Pərakəndə bank məhsulları və xidmətləri üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
  • Pərakəndə bank məhsul və xidmətlərin satışını struktur bölmələrlə əlaqəli şəkildə təşkil etmək;
  • Müştərilər arasında məhsul və xidmətlərin parametrlərinə, xidmət səviyyəsinin ölçülməsinə dair sorğular keçirmək, nəticələrini təhlil etmək və hesabat hazırlamaq;
  • Mövcud müştəri qruplarını müəyyən etmək, təsnifləşdirmək, onların tələbatlarını öyrənmək və bu tələbatlara uyğun olaraq yeni məhsul və xidmət paketləri hazırlamaq;
  • Pərakəndə məhsullar üzrə satışlar və xidmətlər barədə mütəmadi təhlillər aparır, müvafiq hesabat və təkliflər hazırlamaq;
  • Regionlar, məhsul və müştəri qrupları üzrə fərqli satış strategiyasını hazırlamaq;
  • Pərakəndə məhsulların satılması üzrə satış məntəqələrinə dəstək vermək;
  • Pərakəndə satış standartlarına satış məntəqələri tərəfindən riayət olunmasına nəzarət etmək;
  • Pərakəndə bank məhsul və xidmətlərin satışı üzrə müştəri qruplarını təsnifləşdirmək və bazarın cari tələblərinə uyğun sadə və kross satışları təşkil etmək;

 

Tələblər

  • Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
  • Ən azı 2 il bankda müvafiq sahədə iş təcrübəsi;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox