Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

Xalq Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    29 mart 2023

  • Bitmə tarixi

    28 aprel 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

·     Kredit İdarəsinə daxil olmuş istehlak, biznes və fond krediti müracətlərini almaq və təhlil edilməsi;

·     Əldə olunmuş məlumatlar əsasında Borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit rəyinin tərtib edilməsi keyfiyyətinin və aparılmış maliyyə-iqtisadi araşdırmanın tamlığının təhlil edilməsi;

·     Daxil olunmuş müraciətlərinin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması;

·     Kredit üzrə müraciətlərə Kredit komitəsində baxılması üçun sifarişlərin məqsəduyğunluğu barədə vahid rəyin hazırlanması;

·     Kredit İdarəsi iclasının gündəliyini hazırlanması və razılaşdırılmaya göndərilmiş müraciətlərin aktlaşdırılması;

·     Bankın filiallarının Kredit bölmələrinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;

·     Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin  təhlili və simulyasiya edilməsi.

Namizədə tələblər:

·     Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;

·     Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;

·     Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

·     Maliyyə hesabatlarının oxuma və təhlil etmə bacarığı;

·     Stressə davamlılıq, komandada işləmə bacarığı;

·     Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

·     Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox