Biznes analitika üzrə baş mütəxəssis

Biznes analitika üzrə baş mütəxəssis

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    01 oktyabr 2021

  • Bitmə tarixi

    31 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Görəcəyiniz işlər:

• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
• Texniki tapşırıq üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.
• Agile komanda ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin texniki araşdırılması.
• Buraxılacaq Rəqəmsal məhsulun strategi yol xərtəsinin çəkilməsi və görüləcək işlər üzrə user story-lərin hazırlanması,

Namizədə tələblər:

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• Sahə üzrə minimum 2 il təcrübəyə sahib;
• Bank məhsulları haqqında biliklərə sahib;
• CRM-sistemləri (Arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
• Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
• Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
• Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
• (Arzuolunandır) Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
• (Arzu olunandır) Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahibdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes analitika üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Mənbə: jobsearch.az

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Biznes analitika üzrə baş mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox