Biznes Analitik

Biznes Analitik

Yelo Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 yanvar 2021

  • Bitmə tarixi

    10 fevral 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə öhdəlikləri:

- Layihələrin təşəbbüsü, o cümlədən layihə sifarişlərinin toplanması və baxılması.
- Layihələrin idarə edilməsinə dəstək;
- Layihələrin gerçəkləşməsinə mane olan problemlərin həllində dəstək;
- Layihənin şərtləri və ya büdcəsi təsdiq olunmuşdan artıq dəyişdiyi halda, layihə sənədləşmənin düzəldilməsi və hazırlanması;
- Təsdiq olunmuş layihə sənədləşmənin layihələrinin icrasının uyğunluğunun monitorinqi və cari nəzarət;
- Sistemlərindəki dəyişikliklərə dair tələblərin təhlili
- Mövcud və yeni məhsullar arasında qarşılıqlı asılılığın yoxlanılması
- Layihələr üzrə hesabatların tərtibi;
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
- Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
- Mövcud prosseslərin səmərəliliyi və mümküm olan optimizasiyasının auditinə dəstək;
- Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxşılaşdırmaq üçün alternativ həllər təklif etmək.
- Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.
- Layihələrin effektiv realizasiyasını, əlaqələndirməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq.
- Layihələrin gerçəkləşməsi çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi.
- İdarə Heyətinin, İdarə Heyətinin Sədrinin və birbaşa rəhbərlərin digər tapşırıqların icrası.


Namizədə tələblər:

- Ali İqtisadi/Texniki təhsili arzuolunandır;
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi arzuolunandır;
- AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları
- Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
- Bank proqram təminatları ilə iş təcrübəsi;
- Azərbaycan və İngilis dilləri – səlis, Rus dili biliyinin olması arzuolunandır;
- Yüksək analitik düşüncəyə sahib olmalı;
- Effektiv kommunikasiya bacarıqlarına sahib olmalı;
- Komandada işləmə bacarığı;
- İdarəçilik təcrübəsi;
- İşləri düzgün planlaşdırma qabiliyyətinə sahib olmalı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox