Vakansiya haqqında
- Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş kredit, bazar və likvidlik riskləri üzrə limitlərə nəzarət edilməsi;
- Müxtəlif ssenarilər üzrə risk yönümlü simulyasiyaların hazırlanmasında iştirak edilməsi;
- Likvidlik və bazar riskləri üzrə ssenari analizlərin aparılması;
- LCR, NSFR, ani likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillərin aparılması;
- Likvidlik, bazar və kredit riskləri üzrə ümumiləşmiş hesabatların hazırlanması;
- Faiz dərəcəsi riskinin qiymətləndirilməsi və modellərin yenilənməsində iştirak edilməsi.
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://bit.ly/3JfQX9T
Namizədə tələblər:- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Praktiki Excel bacarıqları;
- SQL və ya Python-da proqramlaşdırma təcrübəsi
- Tableau-da işləmək bacarıqları arzuolunandır;
- CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
- İngilis dili biliklərinin olması mütləqdir, rus dili bilikləri arzuolunandır.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!