Yeni

Baş UX/UI dizayner (mobile)

20 noyabr 2026 170 baxış

Vakansiya haqqında

Təsvir

  • Müstəqil və köklü araşdırma aparmaq bacarığı: İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;
  • İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir;
  • Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir;
  • Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;
  • PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığı;
  • Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;
  • İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək;
  • İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. Həmçinin, dizayn komandasına bu axınlarla bağlı təlimatlar vermək və bu sahədə olan yenilikləri komandaya ötürmək;
  • Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi, istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək bacarığı;
  • Rəqəmsal həllərin yaradılmasına dəstək olan seminarların və "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
  • Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq bacarığı;
  • Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı;
  • Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;
  • Komanda üzvlərinin potensialını artırmaq üçün mentorluq və rəhbərlik etmək;
  • Dizayn strategiyalarını işləmək və bankın ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək. Dizayn və məhsul komandalarına rəhbərlik etmək, onların işinə yön və motivasiya vermək;
  • Bankın rəqəmsal və fiziki məhsulları üçün bütün dizayn standartlarını təyin etmək. Bu, marka kimliyi, istifadəçi interfeysi (UI), istifadəçi təcrübəsi (UX) və əlçatanlıq standartlarını əhatə edir;
  • Yeni texnologiyaları və dizayn metodologiyalarını öyrənmək və bankın rəqəmsal məhsullarına inteqrasiya etmək. Bu, süni intellekt, maşın öyrənməsi və bulud texnologiyaları kimi sahələrdə yenilikləri əhatə edə bilər;
  • Agile metodologiyası haqqında məlumatlı və təcrübəsi olmaq.



Tələblər

  • Təhsil səviyyəsi: Ali Təhsil;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 5 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür;
  • Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi; Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər; Məhsulun hazırlanmasında konsept mərhələsindən başlayaraq tam müştəriyə təhvil verilməsində bütün prosesslərdə təcrübə;
  • Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər;
  • Kompüter bilikləri: Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi; Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi;
  • Apple Human Interface Guidelines üzrə bilik;
  • Material Design Guidelines üzrə bilik;
  • Token-first Design System yanaşması ilə işləmə təcrübəsi;
  • Mobil tətbiqlərin UX/UI dizaynı sahəsində minimum 2 il iş təcrübəsi;
  • Güclü portfolio (Minimum 3 mobil tətbiq dizayn keysləri).

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

PASHA Bank — UI/UX dizayner vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

PASHA Bank-ın UI/UX dizayner vakansiyasında maaş elanda göstərilməyib. Maaşın məbləği barədə məlumat üçün şirkətə müraciət etmək lazımdır.

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

PASHA Bank-ın UI/UX dizayner vakansiyası üzrə iş Bakıda, Azərbaycanda yerləşir.

Son müraciət tarixi nədir?

PASHA Bank-ın UI/UX dizayner vakansiyasına müraciət üçün son tarix 17 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

PASHA Bank-ın UI/UX dizayner vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

PASHA Bank-ın UI/UX dizayner vakansiyasında proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 5 ildən artıq təcrübə tələb olunur. Bundan əlavə, mobil tətbiqlərin UX/UI dizaynı sahəsində minimum 2 il təcrübə lazımdır.

Namizəddən hansı bacarıqlar tələb olunur?

PASHA Bank-ın UI/UX dizayner vakansiyasında namizəddən prototip hazırlamaq, A/B testlər və istifadəçi testləri keçirmək, istifadəçi araşdırması aparmaq bacarığı tələb olunur. Həmçinin Figma, Sketch, Adobe Suite alətlərini sərbəst istifadə etmək, Apple Human Interface Guidelines və Material Design Guidelines biliyi, token-first Design System təcrübəsi, minimum İngilis dili Intermediate səviyyəsi və minimum 3 mobil tətbiq keysi olan güclü portfolio lazımdır.

Təhsil tələbi varmı?

Bəli, PASHA Bank-ın UI/UX dizayner vakansiyasında namizəddən ali təhsil tələb olunur.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, PASHA Bank-ın UI/UX dizayner vakansiyasında ən azı 5 il təcrübə tələb olunur.

Gələcək Baş UX/UI dizayner (mobile) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

3

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ