Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Məhsul sahibi və dizayn komandası ilə birlikdə tədqiqat məqsədlərini və suallarını müəyyənləşdirmək;
- Kəmiyyət və keyfiyyət tədqiqat metodlarından (anketlər, istifadəçi müsahibələri, fokus qrupları və s.) istifadə etməklə istifadəçilərin ehtiyaclarını, davranışlarını və qarşılaşdıqları problemləri öyrənmək;
- İstifadəyə yararlılıq testlərini (Usability Testing) planlaşdırmaq, həyata keçirmək və nəticələrini təhlil etmək;
- Fərziyyələrin yoxlanılması və A/B testlərinin hazırlanmasında, eləcə də nəticələrinin təhlilində iştirak etmək;
- CJM (Customer Journey Map), User Flow, Mind Map, Task Analysis və İnformasiya Arxitekturası kimi tədqiqat alətlərindən istifadə etmək;
- Google Analytics, Hotjar, Mixpanel və digər analitik alətlər vasitəsilə istifadəçi davranışlarını təhlil etmək;
- İstifadəçilərdən daxil olan rəyləri təhlil etmək və məhsulun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr vermək;
- Tədqiqat nəticələrini və əldə olunan əsas məlumatları (insight-ları) dizayn və məhsul komandalarına anlaşıqlı formada təqdim etmək;
- Dizayn sprintlərində və məhsulun inkişafı prosesində iştirak etmək;
- Rəqəmsal məhsul komandası ilə fəal əməkdaşlıq etmək və effektiv kommunikasiya qurmaq;
- Tədqiqat məlumat bazasının (Research Repository) yaradılması və idarə olunmasında iştirak etmək;
- Agile və digər iş proseslərinə uyğun olaraq tədqiqat fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən, rus dili biliyinə (üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə;
- Analitik alətlər (Google Analytics, Hotjar, Mixpanel, Amplitude) və tədqiqat alətləri (Figma, Miro, Maze) üzrə yaxşı biliklərə;
- Kəmiyyət və keyfiyyət tədqiqat metodları (anketlər, fokus qrupları, istifadəçi müsahibələri və s.) üzrə bilik və təcrübəyə;
- İstifadəyə yararlılıq testlərinin planlaşdırılması, həyata keçirilməsi və təhlili üzrə təcrübəyə;
- A/B testlərinin aparılması və fərziyyələrin yoxlanılması üzrə təcrübəyə;
- Dizayn komandaları və məhsul sahibləri ilə işləmək bacarığına;
- Komandada işləmək bacarığına;
- Müştəriyönümlü düşüncə tərzinə;
- Effektiv ünsiyyət qurmaq bacarığına;
- Təqdimat bacarığına;
- Analitik düşünmə qabiliyyətinə sahib olan şəxsdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!