Vakansiya haqqında
Whatsapp-dan CV göndərin zəhmət olmasa, zəng etməyin
Vəzifə öhdəlikləri:
-
Barın gündəlik fəaliyyətini təşkil etmək və işçi heyətini idarə etmək.
-
Barmenlərin işinə, xidmət keyfiyyətinə və intizamına nəzarət etmək.
-
Spirtli içkilər, onların növləri və klassik kokteyllər haqqında geniş biliyə malik olmaq.
-
Klassik və müasir kokteyllərin hazırlanma reseptlərini və təqdimat standartlarını bilmək.
-
Bar menyusunun hazırlanması və yenilənməsində iştirak etmək.
-
Məhsul sifarişlərinə, anbar qalığına, inventarizasiyaya və içki sərfiyyatına nəzarət etmək.
-
Satış göstəricilərini, məhsulların maya dəyərini və itkiləri izləmək.
-
Sanitariya, gigiyena və xidmət standartlarına riayət olunmasını təmin etmək.
-
Müştəri məmnuniyyətini qorumaq və xidmət keyfiyyətini artırmaq.
Namizədə tələblər:
-
Bar sahəsində iş təcrübəsi.
-
Spirtli içkilər və kokteyllər üzrə nəzəri və praktiki biliklər.
-
İdarəetmə və komanda ilə işləmək bacarığı.
-
Məsuliyyətlilik, operativlik və ünsiyyət bacarığı.
-
Anbar uçotu və satış nəzarəti üzrə biliklər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!