Vakansiya haqqında
Vakansiya: GastroPub Direktoru (General Manager)
Əməkhaqqı: yuksek emek haqqi + performansa əsaslanan bonus
İş yeri: Bakı
Vəzifə öhdəlikləri
* Yeni GastroPub layihəsinin sıfırdan qurulması və açılış prosesinin tam idarə edilməsi;
* Restoranın gündəlik əməliyyat fəaliyyətinin təşkili və idarə olunması;
* İşçi heyətinin seçilməsi, təlimi, motivasiyası və effektiv idarə edilməsi;
* Mətbəx, bar və servis bölmələrinin koordinasiyası;
* Menyu və qiymət siyasətinin hazırlanmasında iştirak;
* Təchizatçılarla danışıqların aparılması və satınalma proseslərinə nəzarət;
* Food Cost, Beverage Cost və əməkhaqqı xərclərinin optimallaşdırılması;
* Satış strategiyalarının hazırlanması və aylıq dövriyyənin artırılması;
* Büdcənin planlaşdırılması, maliyyə göstəricilərinin və mənfəətliliyin təhlili;
* Anbar uçotu, inventarizasiya və itkilərə nəzarət sisteminin qurulması;
* Müştəri məmnuniyyətinin və yüksək xidmət standartlarının təmin edilməsi;
* Sanitar-gigiyenik və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət;
* Müəssisənin inkişafı üçün yeni ideyaların və marketinq təşəbbüslərinin hazırlanması;
* Şirkət rəhbərliyinə mütəmadi əməliyyat və maliyyə hesabatlarının təqdim edilməsi.
Namizədə tələblər
* Restoran, GastroPub və ya F&B sektorunda minimum 5 il iş təcrübəsi;
* Ən azı 3 il rəhbər vəzifədə çalışma təcrübəsi;
* Rus dilində səlist danışıq
* Restoranın sıfırdan açılması və idarə edilməsi təcrübəsi üstünlükdür;
* Bar və alkoqollu içki satışının idarə olunması üzrə biliklər;
* Maliyyə planlaşdırılması, P&L, Food Cost və Beverage Cost üzrə praktiki biliklər;
* Güclü liderlik, təşkilatçılıq və problem həll etmə bacarıqları;
* Satışyönümlü düşüncə və nəticəyə fokuslanma.
Təklif edirik
* yuksek əməkhaqqı;
* Nəticələrə əsaslanan bonus sistemi;
* Yeni GastroPub layihəsinin qurulmasında əsas idarəçi rol;
* Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!