Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

Xalq Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    12 mart 2021

  • Bitmə tarixi

    11 aprel 2021

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

Vəzifə: Bankın Biznesin inkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

İŞİN TƏSVİRİ:

• Xidmət/məhsul və müştəri qruplarının dövriyyəsinin, gəlirliliyinin təhlil olunması üçün müxtəlif analitik hesabatların hazırlanması;
• Alternativ xidmət kanallarının, o cümlədən terminal şəbəkəsi, məsafədən bankçılıq və rəqəmsal bankçılıq xidmətlərinin səmərəliliyinin təhlili;
• Müştəri davranışlarının təhlil olunması məqsədi ilə müxtəlif analitik hesabatların hazırlanması;
• Aidiyyatı struktur bölmələrlə birlikdə müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin ölçülməsi;
• Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və müvafiq şərtlərin mütəmadi Bank üçün səmərəliliyinin təhlili;
• Bankın fəaliyyətinin müxtəlif sahələrini əhatə edən istiqamətlər üzrə təhlillər aparılması və analitik hesabatların hazırlanması;
• Bankın əməliyyat tariflərində nəzərdə tutulan əlavə və dəyişikliklərin layihəsinin hazırlanması və təhlil edilərək aidiyyatı üzrə müzakirəyə təqdim olunması;
• Müştərilərin xidmət və məhsul şərtlərinə dair fərdi müraciətlərinin təhlili;

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

E - mail: cv@xalqbank.az

Namizədə tələblər:

• Magistr təhsilin olması;

• Ən azı 2 il biznes analitikası sahəsində və ya bankda iş təcrübəsi;

• Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

• Analitik düşünmə qabiliyyəti;

• Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı, SQL proqramlaşdırma dili üzrə biliklərin olması arzuolunandır;

• Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;

• Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;

• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;

• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #841724

  • 1533

Kateqoriya Marketinq menecment

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox