Vakansiya haqqında
BOKT Embafinans MMC aşağıda qeyd olunan göstəricilər üzrə Mühasibat şöbəsinin aparıcı mühasibi vəzifəsi üzrə vakansiyasını elan edir:
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
- Maliyyə, mühasibat uçotu ilə bağlı ali təhsil
- Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi
- Office proqramlarında təkmil iş bacarıqları
- Bank (BOKT) qanunvericiliyi, eyni zamanda Vergi, Əmək qanunvericiliyi barədə məlumatlı olmaq
- Analitik qabiliyyətin olması
Əsas vəzifə və öhdəliklər:
- Müxabirləşmələrin verilməsi və sənədləşmənin təşkili.
- Gəlir və xərclərin uçotu
- Debitor və kreditorların uçotu
- Bank hesablarının hərəkətinin uçotda əks etdirilməsi
- Əsas vəsaitlərin və amortizasiyanın uçotu
- Işçilərlə hesablaşmaların aparılması
- Ödəniş tapşırıqlarının hazırlanması
Müracət və seçim qaydaları:
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.
Maraqlananlar müraciət formalarını CV (resume) hr@embafinans.az ünvanına göndərə bilərlər.
İş qrafiki: 5 gün / I-V günlər
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!