Təsvir:
	- Korporativ müştərilərdən daxil olan biznes krediti və digər maliyyələşmə müraciətləri üzrə ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;
 
	- Korporativ müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;
 
	- Kreditləşmə üzrə bankdaxili qaydalara riayət olunması, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;
 
	- Korporativ müştərilərin maliyyəşdirilməsi müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;
 
	- Kredit reytinqi modellərinin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
 
	- Bankın korporativ müştəri portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
 
	- Korporativ maliyyələşmənin təhlilinə dair hesabatların hazırlanmasında iştirak;
 
 
Tələblər:
	- Ali təhsil;
 
	- Səlis Azərbaycan dili və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;
 
	- Korporativ maliyyəşmənin təhlili üzrə 3 illik iş təcrübəsi;
 
	- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
 
	- ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür;
 
	- MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti;
 
	- Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək ünsiyyət bacarığı;
 
	- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.
 
                                                        Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!