Baş Mühasib
Medina Ashurova
300 AZNElan № 3889
Təhsil haqqında
1) Maliyyə Sosial İqtisad Kolleci - Mühasibat uçotu ixtisası 2015-2017 (orta istisas təhsili)
2) Western Caspian University - Mühasibat uçotu və Audit ixtisası 2019-2023 (ali təhsil)
Bacarıqlar
BTP proqramı, e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
• Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
• ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
• Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
• Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
• Fərdi sahibkarlarla və hüquqi şəxslərlə sərbəst işləmək;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə və işə qəbul xitam, əmək müqaviləsinə edilmiş dəyişikliklərinin, xəstəliklərin, qismən ödənişli və sosial məzuniyyətin, E-gov.az portalına işlənməsi;
• Məzuniyyət, ezamiyyət, arayış, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
• Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
• İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
• Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq:
İş təcrübəsi
Özəl sektor
Biliklər
Oxşar elanlar
Elanın irəli çəkilməsi
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.