Vakansiya haqqında
Kapital Bank namizədləri Yevlax filiallı üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
Tələblər
- Ali təhsil
- Səbirli, təmkinli, təzyiqə davamlı
- Ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
- MS Office proqramları üzrə biliklər
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://urlgeni.us/linkedin/mblbnnr
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!