Vaxtı bitib

Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi

06 dekabr 2021 2 149 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Təcrübəçi
  • Təhsil Ali
  • Yaş 19–26
  • Bitmə tarixi 05 yanvar 2022
  • Ünvan Bakı
Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübəçi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Təcrübəçi üzrə əməkdaş axtarırsınız?

Hazırda 393 aktiv namizəd Təcrübəçi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Yeni məhsulların yaradılması və inkişafı departamenti üzrə təcrübəçi

Ferrum Kapital QSC-nin Yeni məhsulların yaradılması və inkişafı departamentində Agile prinsipləri əsasında çalışan komandamıza istedadlı və həvəsli gənclər axtarılır. Layihənin məqsədi gənclərin araşdırma və biznes proseslərinin qurulması proseslərində yaxından iştirak edərək təcrübə qazanmasını təmin etməkdir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub və ödənişlidir. Təcrübə müddətini uğurla tamamlayan gənclər komandamızın daimi üzvlərinə çevrilir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

  • Müxtəlif innovativ layihələrinin hazırlamaq və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
  • Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
  • Agile Metodologiyasına əsaslanmış iş prosesində daha yaxından iştirak etmək;
  • Peşəkar startap mühitində işləmək.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Grow lab” qeyd etməklə hr@ferrumcapitalaz e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Namizədə tələblər:

Namizəddə hansı özəllikləri axtarırıq?

  • Ali təhsil ( II-IV kurs tələbələri, yeni məzunlar və magistr tələbələri);
  • Qəbul imtahanında 600+ bal toplamaq;
  • İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək (digər dillər də arzuolunandır);
  • Məsələlərə analitik yanaşmaq;
  • Texnoloji trendlərdən xəbərdar olmaq (üstünlük verilir);
  • MS Office və Google Tool-larından istifadə edə bilmək.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Yeni məhsulların yaradılması departamenti üzrə təcrübəçi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

2

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ