Vakansiya haqqında
Müasir Psixologiya Mərkəzi Xəzinədar vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək,
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək,
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləyib, nəzarətdə saxlamaq və hesabatını aparmaq,
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək,
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək,
- Müştəri məmnuniyyətini təmin etmək.
Tələblər:
- Xəzinədar kimi ən azı 1-2 il təcrübə
- Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq,
- Komandada işləmə bacarığı,
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq,
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək.
İş rejimi:
- 6 günlük iş qrafiki;
- A.R Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Vakansiyanın tələblərinə uyğun olan namizədlər CVlərini “Xəzinədar” başlığı ilə psixoloq.org@gmail.com elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!