Vakansiya haqqında
Vəzifə: Xaricdə təhsil üzrə mütəxəssis
İş yeri: Bakı
İş rejimi: Tam ştat (bazar ertəsi - şənbə 10:00-17:00)
Şirkət: BestStudy MMC
Son müraciət tarixi: 30 aprel
Vəzifə öhdəlikləri:
-
Xaricdə təhsil almaq istəyən tələbələrə fərdi məsləhətlər vermək
-
Universitet və proqram seçimi üzrə yönləndirmə aparmaq
-
Müraciət və qəbul sənədlərinin hazırlanmasına dəstək göstərmək
-
Viza sənədləri və proseduru ilə bağlı tələbələrə yardım etmək
-
Universitetlərlə və beynəlxalq tərəfdaşlarla yazışmalar aparmaq
-
Sosial media və digər platformalarda təbliğat işlərini təşkil etmək
-
Tələbə məlumat bazasının idarə olunması və yenilənməsi
Namizəddən tələblər:
-
Ali təhsil (təhsil, beynəlxalq münasibətlər, filologiya və ya digər uyğun sahələr üzrə)
-
Xaricdə təhsil proqramları və qəbul prosesi ilə bağlı biliklər
-
Yüksək kommunikasiya və təqdimat bacarıqları
-
Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı qabiliyyəti
-
Komandada işləmək və təşəbbüskarlıq göstərmək bacarığı
-
MS Office proqramlarında işləmək bacarığı
-
Məsuliyyətli, diqqətli və səliqəli olmaq
Üstünlük veriləcək:
-
Xaricdə təhsil təcrübəsi olanlara
-
Rus dili biliyi olanlara
-
Ən azı 1 il bu sahədə iş təcrübəsi olanlara
-
Sosial mediada aktiv və yaradıcı şəxslərə
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!