Xammal və köməkçi materiallar üzrə mütəxəssis

Xammal və köməkçi materiallar üzrə mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    24 oktyabr 2020

  • Bitmə tarixi

    23 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Xammal və köməkçi materiallar üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə öhdəlikləri:

- Planlama şöbəsinin xammal və köməkçi material və Mühəndislik Xidməti şöbəsininin ehtiyat hissə və avadanlıq tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq;
- Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək;
- Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq;
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
- Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
- Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq;
- Xarici bazarlarda yeni mallar üzrə araşdırmalar aparmaq, satınalmalar üzrə daha səmərəli təkliflər hazırlayaraq rəhbərinə təqdim etmək;
- Fəaliyyətinə həvəslə yanaşmaq, yaradıcı, enerjili, intizamlı olmaq, partnyorlarla münasibətdə yüksək ünsiyyətqurma qabiliyyəti nümayiş etdirmək, fəaliyyəti ilə bağlı yeni biliklər və təcrübə toplamaq, sosial təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmaq;
- Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Servis xidməti
- Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük


Namizədə tələblər:

- İş təcrübəsi: Minimum 1 il satınalma sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)

- Təhsil: Ali təhsil

- Yaş həddi: 21-35

- Cinsi: Qadın

- Komanda ilə işləmə bacarığı;

- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməli;

- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;

- Məsuliyyətli, təmkinli və diqqətli;

- Analitik təhlil və problem həlletmə bacarığı;

- MS Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında biliklər;

Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Xammal və köməkçi materiallar üzrə mütəxəssis” yazmaqla CV göndərərək müraciət edilir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox