Web developer

Web developer

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    28 yanvar 2020

  • Bitmə tarixi

    27 fevral 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Web Developer vakansiyaları üçün bura keçid edin!

Bank Respublika ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentinə “Web developer” vəzifəsi üzrə vakansiyalar elan edir.

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
• İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
• Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
• Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
• Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• PHP bilikləri: yüksək səviyyədə;
• SQL, JavaScript, HTML, CSS üzrə biliklər orta səviyyədə;
• Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Texniki-riyazi düşünmə bacarığı;
• Yeni texnologiyalara yiyələnmək həvəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 fevral 2020-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Web developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #837229

  • 1173

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox