Video Montaj / Video editor

Video Montaj / Video editor

isivejamal
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Fotoqrafiya

  • Maaş

    1000 - 2000 AZN

    Uzun videolar üçün artıq ödəniş
  • İş rejimi

    Frilans

  • Təhsil

    Vacib deyil

  • Yerləşmə tarixi

    05 oktyabr 2026

  • Bitmə tarixi

    09 noyabr 2026

@isivejamal komandası üçün peşəkar video montajçı axtarırıq!

Vakansiyaya müraciət etməzdən əvvəl kontentimizi və üslubumuzu tanımaq üçün Instagram və YouTube səhifələrimizə göz atmağınızı məsləhət görürük.

Videolarımız əsasən Avropada həyat, gəzintilər, maraqlı tədbirlər və müxtəlif “challenge”lər haqqındadır. Göndərilən çəkilişləri izləyərək həm təlimatlarımıza əsaslanmağınızı, həm də öz yaradıcı baxışınızı montaja qatmağınızı gözləyirik.

Görüləcək işlər:
• Vlog tərzində əsas YouTube videosunun maraqlı, axıcı və vizual baxımdan cəlbedici montajı.
• Hər əsas video üçün üz qabığının — thumbnail-in hazırlanması.
• Hər əsas videodan maraqlı məqamların seçilərək ən azı 2 Reels videosunun hazırlanması.
• Əsas videonu tanıdan qısa treylerin hazırlanması.

Sizdən gözləntilərimiz:
• Premiere Pro, CapCut və ya digər montaj proqramında sərbəst işləmək. Proqram seçimi sərbəstdir, lakin montaj kompüterdə aparılmalıdır; telefonda montaj qəbul edilmir.
• Azərbaycan və ingilis (orta) dillərini bilmək.
• Canva ilə thumbnail hazırlamaq bacarığı. Vizualın hazırlanmasında süni intellektdən istifadə etmək olar, lakin üzərindəki yazılar Canva-da əlavə edilməlidir.
• Hekayənin məntiqini, yumoru və maraqlı məqamları montajda qorumaq.
• Detallara diqqət, məsuliyyət və rahat ünsiyyət.

İş qrafiki və təhvil müddəti:
Günün hər saatı əlçatan olmağınız tələb olunmur. Əsas gözləntimiz işlərin razılaşdırılmış vaxtda hazır olmasıdır.

Çəkiliş materialları həftənin bazar ertəsi və çərşənbə axşamı günləri Google Drive vasitəsilə göndəriləcək. Əsas video, thumbnail, ən azı 2 Reels və treyler ən gec həmin həftənin şənbə gününə qədər təhvil verilməlidir.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox