Türkiyə üzrə xaricdə təhsil mütəxəssisi (Attestatla qəbul üzrə)

Türkiyə üzrə xaricdə təhsil mütəxəssisi (Attestatla qəbul üzrə)

Victory Group
  • Şəhər

    Bakı, Əhməd Rəcəbli 31

  • Kateqoriya

    Digər

  • Maaş

    700 - 1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    10 iyul 2025

  • Bitmə tarixi

    09 avqust 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

 

Victory Group komandamıza Türkiyənin dövlət və özəl universitetlərinə attestatla qəbul prosesi üzrə təcrübəli mütəxəssis axtarırıq.

Əgər sən Türkiyədə ali təhsil imkanlarını, qəbul qaydalarını və tələbə yönləndirmə prosesini yaxşı bilirsənsə – bu vakansiya sənin üçündür!

Axtardığımız namizədin profili:

• Türkiyə universitetlərinə atestatla qəbul prosesi barədə geniş və praktik biliklərə sahib olmalıdır

• Dövlət və özəl universitetlərin qəbul şərtləri, ixtisaslar, təqaüdlər və yerləşmə qaydaları üzrə məlumatlı olmalıdır

• Tələbələrlə səmimi və etibarlı ünsiyyət qurma bacarığına malik olmalıdır

• Valideynlərə və tələbələrə dəqiq və ardıcıl məlumat verməyi bacarmalıdır

• Komanda ilə işləmək və nəticə yönümlü düşünmək bacarığı olmalıdır

• Türk dili biliyi və ya bu sahədə əvvəlki iş təcrübəsi üstünlük sayılır

Vəzifə öhdəlikləri:

• Tələbələrin akademik profillərinə uyğun universitet və ixtisas seçimləri təqdim etmək

• Atestatla qəbul təklif edən universitet və proqramları mütəmadi olaraq araşdırmaq və məlumat bazasını yeniləmək

• Qəbul sənədlərinin hazırlanmasına nəzarət etmək və tələbələrə bu prosesdə dəstək göstərmək

• Tələbə və valideynlərlə fərdi görüşlər aparmaq, suallarını cavablandırmaq

• Türkiyədə yerləşmə, qeydiyyat və uyğunlaşma (adaptasiya) prosesi ilə bağlı ilkin məlumat və istiqamət vermək

Təklif etdiklərimiz:

• Rəqabətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi

• Stabil və peşəkar iş mühiti

• Karyera inkişafı və təlim imkanları

• Uğurlu göstəricilərə əsasən maaş artımı və əlavə üstünlüklər

• Gənc, enerjili və dəstəkçi bir komandanın üzvü olmaq imkanı

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox