Tikinti üzrə layihə meneceri

Tikinti üzrə layihə meneceri

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    03 iyun 2020

  • Bitmə tarixi

    03 iyul 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Layihə rəhbəri vakansiyaları üçün bura keçid edin!

Vəzifə: Tikinti üzrə layihə meneceri

İş qrafiki: saat 08:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri

Vəzifə təlimatları:

• İnşaat layihələrinin əvvəldən sona qədər nəzarət edilməsi, büdcə və xərclərinin idarə edilməsi;
• Lazım olan avadanlıqlar, materiallar və lazım olan işçi qüvvəsinin təyin edilməsi;
• Təchizat və avadanlıqların cədvələ uyğun sifariş və təhvil verilməsinin təmin edilməsi;
• İşin status ilə bağlı hesabatların hazırlanması və yarana biləcək hər hansı bir problemin aradan qaldırılmasının təmin edilməsi;
• Təhlükəsizlik qaydalarına nəzarət edilməsi və risklərin qiymətləndirlməsi;
• Layihənin miqyasından aslı olaraq inşaat işçiləri, subpodratçılar, iş icraçıları, memar, mühəndislər və layihə komandasının əsas heyət üzvləri ilə sıx əməkdaşlığın edilməsi;
• Sahədəki subpodratçıların və briqadaların işinin koordinasiyası və nəzarət edilməsi;
• Tikinti əməliyyatlarının planlaşdırılması;
• Layihənin vaxtında təhvil verilməsinin təmin edilməsi;
• Layihə boyunca lazım olan informasiyaların, vacib məlumat və proseslərin hesabatlarının hazırlanması və bütün maraqlı tərəflərin məlumatlandırılması;
• Smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin hazırlanması;

Vəzifəya dair tələblər:

• Memarlıq və mühəndislik, inşaat idarəedilməsi ixtisası üzrə bakalavr dərəcəsinin olması;
• Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsinin olması;
• Tikinti materiallları və avadanlıqları haqqında yüksək şəkildə məlumatlı olması;
• Tikinti və layihə idarə edilməsi proqramlarını və ofis proqramlarını mükəmməl bilməsi;
• Liderlik, vaxtın və heyəti idarə etmək bacarığının olması;
• PMP və ya uyğun sertifikatları olan şəxslərə üstünlük veriləcək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığının olması.

Əməkhaqqı: 1300-1500 manat
İş qrafiki: həftədə 6 gün.

CV-lərinizi hr@melissagroup.az ünvanına "Tikinti üzrə layihə meneceri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #837781

  • 1897

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox