Tikinti layihə rəhbəri-Memar

Tikinti layihə rəhbəri-Memar

Construction Company
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnzibati

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 avqust 2020

  • Bitmə tarixi

    10 sentyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Tikinti işləri üzrə sahə rəisi vakansiyaları üçün bura keçid edin!

- Sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, əmək haqqı və əmək məhsuldarlığı artımlarının arasındakı düzgün nisbətə riayət edilməsini təmin etmək

- Tikinti-quraşdırma işlərinin kompleks mexanikləşdirilməsi, əməyin elmi təşkili və yeni texnikanın tətbiqi, tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin əmək-tutumunun və maya dəyərinin aşağı salınması, əməyin mütərəqqi üsul və metodlarının ümumiləşdirilməsi və yayılması üzrə iş aparmaq

- Sahənin istehsalat fəaliyyəti haqqında planlaşdırma, uçot və hesabatın tərtibini təşkil etmək

- Tikinti sahəsinin planının formalaşması üçün işlər toplusunun tərkibini hazırlamaq

- Sahədə istehsalat tapşırıqlarının yerinə yetirilməsi, eləcə də material, konstruksiya və detalların daxil olması haqqında gündəlik operativ məlumatların toplanmasını, rəhbərliyə və müvafiq xidmətlərə çatdırılmasını təşkil etmək

- İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara sifarişləri tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət etmək

- Tabeliyində olan işçilərə. rəhbərlik etmək, onlara icra üçün tapşırıqlar müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək

- Müqavilə əsasında sahənin obyektlərində işləyən subpodrat təşkilatları yardımçı bina, enerji, yerli tikinti materialları və s. ilə təmin etmək, onların fəaliyyətini əlaqələndirmək və onlar tərəfindən icra olunan işləri qəbul etmək

- Başa çatmış ayrı-ayrı mərhələ və iş komplekslərini sifarişçiyə təhvil vermək

- Obyektlərin istismara verilməsində iştirak etmək

- Mexanizasiya, nəqliyyat, materiallara və digər məqsədlərə sərf edilmiş xərclərə nəzarəti təşkil etmək

- Sahə işçilərinin seçilməsi, yerləşdirilməsi və onlardan məqsədəuyğun istifadə edilməsi işini yerinə yetirmək, briqadaların say və peşə-ixtisas tərkibinin komplektləşdirilməsi üzrə işdə iştirak etmək, sahədə iş yerlərinin attestasiyası üzrə komissiyanın işini təşkil etmək

- Texnoloji ləvazimat, mühafizəedici vasitələrin və sanitar-məişət binalarının, eləcə də tikinti maşın və mexanizmlərinin, enerji qurğularının, nəqliyyat vasitələrinin təyinatına uyğun istifadə edilməsini təşkil etmək

- Təhlükəsizlik texnikası üzrə nəzarətedici orqanların göstərişlərinin yerinə yetirilməsini təşkil etmək, aidiyyatı orqanlara istehsalat zədələnmələri barədə vaxtlı-vaxtında məlumat vermək, müəyyən olunmuş qaydada onları tədqiq etmək, istehsalat zədələnmələrinə yol verməmək məqsədilə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək, onların vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək

- Sahədə müntəzəm olaraq xüsusi baxış keçirmək, fəhlələrin əmək şəraitini yoxlamaq və aşkar edilən çatışmazlıqların ləğvi üçün tədbirlər görmək

- Mühəndis-texniki işçilər, briqadirlər və əməyin mühafizəsi üzrə ictimai müvəkkillər ilə birlikdə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulması nəticəsində yaranmış halların araşdırılması haqqında iş aparmaq, mühəndis-texniki işçiləri və fəhlələri vaxtlı-vaxtında əməyin təhlükəsizliyinin yüksəldilməsinə yönəldilmiş əmr və sərəncamlarının məzmunu ilə tanış etmək

- Korporativ prosedurlar və təhlükəsizlik qaydaları çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək

- Fəhlələrin istehsalat və əmək intizamına riayət etməsinə nəzarət etmək


Namizədə tələblər:

Tələblər:

- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- AutoCAD

İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 10 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: +40 yaş

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət qaydaları: recruitmentgmconstruction@gmail.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Tikinti layihə rəhbəri-Memar” yazmaqla müraciət edilir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox