Yeni

Təyyarə Bələdçisi (Gəncə və Mingəçevir şəhərləri üçün)

18 noyabr 2026 60 baxış

Vakansiya haqqında

Təsvir


  • Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
  • Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
  • Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
  • Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
  • Hava Gəmisində sərnişinlərin ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək;
  • Sərnişinlərə təhlükəsizlik qaydaları barədə aydın və dəqiq məlumat vermək, vizual və praktiki nümayişlər keçirmək;
  • Sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək, fövqəladə hallarda təlimata uyğun tədbirlər görmək;
  • Şikayət və narazılıqları peşəkarcasına dinləmək, uyğun həllər təklif etmək və müştəri məmnuniyyətini təmin etmək.


Tələblər

  • Azərbaycan Respublikasının vətəndaşı olmaq;
  • 20–35 yaş arası olmaq;
  • Xanım namizədlər üçün minimum 160 sm, bəy namizədlər üçün minimum 170 sm boy;
  • Minimum tam orta təhsil;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • İngilis dilində ən azı orta səviyyə (fikirləri sərbəst ifadə etmə bacarığı);
  • IELTS, TOEFL və digər beynəlxalq dil sertifikatları üstünlükdür;
  • Rus, Alman, Fransız və digər dillər üzrə biliklər əlavə üstünlükdür;
  • Müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığı;
  • Stresə davamlılıq və problemləri operativ həll etmə bacarığı.


Əlavə Qeydlər:

  • Təyyarə Bələdçisi vəzifəsi xüsusi korporativ geyimlə icra olunur və əməkdaşlar geyim standartlarına riayət etməlidirlər;
  • Təyyarə Bələdçisi vəzifəsi daim müxtəlif insanlarla ünsiyyət tələb etdiyindən, görünən bədən hissələrində döymə, piercing və digər nişanların olması yolverilməzdir.

Seçim Mərhələləri:

  • CV-lərin tələblərə uyğunluğunun yoxlanılması;
  • Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.);
  • İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə;
  • Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə);
  • Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi);
  • İşə Qəbul və Təlimlər.


Tez-tez verilən suallara cavab: https://azal.az/az/azal-aviasirketi/karyera#faq


Müraciətlər üçün son tarix nədir?

Vakansiya üçün rəsmi ilkin son müraciət tarixi 15.11.2026-cı ildir. Bununla belə, AZAL İşə Qəbul komandası vakansiya üzrə müraciətləri sistemə daxil olduqdan sonra mərhələli şəkildə dəyərləndirir.

Seçimlər mərhələli şəkildə vakansiya tələblərinə ən uyğun gələn namizədlərdən başlayaraq vakansiyanın son müraciət tarixinə qədər bütün uyğun namizədlər ilə davam edəcək.

Müraciət etdikdən sonra hansı prosess gözlənilir?

İlkin əsas vəzifə tələblərinə uyğun gələn bütün namizədlər SMS/elektron poçt və ya telefon zəngi vasitəsilə cari vakansiya elanında göstərilən seçim mərhələlərini keçmək üçün növbəli şəkildə seçimlərə dəvət olunurlar.

Qeyd:

Hal-hazırda təhsil alan namizədlərin müraciətləri nəzərə alınmayacaq.

Bu vəzifə tam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb etdiyindən, yalnız vəzifə öhdəliklərini tam icra edə biləcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir.



Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Azərbaycan Hava Yolları — Təyyarə bələdçisi vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

Azərbaycan Hava Yollarının təyyarə bələdçisi vakansiyası Gəncə şəhəri üzrədir, elanın adına əsasən Gəncə və Mingəçevir şəhərləri üçün nəzərdə tutulub. Elanda ünvan Bakı, Azərbaycan kimi göstərilib.

Son müraciət tarixi nədir?

Azərbaycan Hava Yollarının təyyarə bələdçisi vakansiyasına son müraciət tarixi 27 noyabr 2026-cı ildir. Elanın FAQ hissəsində rəsmi ilkin son müraciət tarixi 15.11.2026 kimi qeyd olunub, lakin müraciətlər mərhələli şəkildə vakansiyanın son müraciət tarixinə qədər dəyərləndirilir.

Necə müraciət etmək olar?

Azərbaycan Hava Yollarının təyyarə bələdçisi vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi ilə şirkətin müraciət səhifəsində edilir. Uyğun namizədlər sonradan SMS, elektron poçt və ya telefon zəngi ilə seçim mərhələlərinə dəvət olunur.

Namizəddən hansı bacarıqlar tələb olunur?

Azərbaycan Hava Yollarının təyyarə bələdçisi vakansiyasında namizəddən Azərbaycan dilində səlis danışıq və yazı, ingilis dilində ən azı orta səviyyə, müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığı, stresə davamlılıq və problemləri operativ həll etmə bacarığı tələb olunur. IELTS, TOEFL kimi sertifikatlar, rus, alman, fransız və digər dillər üstünlükdür.

Təhsil tələbi varmı?

Azərbaycan Hava Yollarının təyyarə bələdçisi vakansiyasında minimum tam orta təhsil tələb olunur. Elanda hazırda təhsil alan namizədlərin müraciətlərinin nəzərə alınmayacağı qeyd edilib.

İş qrafiki necədir?

Azərbaycan Hava Yollarının təyyarə bələdçisi vakansiyası tam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb edir. Bu vakansiyada yalnız vəzifə öhdəliklərini tam icra edə biləcək namizədlərin müraciətləri dəyərləndirilir.

Gələcək Təyyarə Bələdçisi (Gəncə və Mingəçevir şəhərləri üçün) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ