Texniki dəstək üzrə mütəxəssis (Maşın olmalıdır)

Texniki dəstək üzrə mütəxəssis (Maşın olmalıdır)

SCENTPRO MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texniki avadanlıq mütəxəssisi

  • Maaş

    700 - 1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Orta

  • Yerləşmə tarixi

    30 may 2025

  • Bitmə tarixi

    29 iyun 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Azərbaycanda “scent marketing” sahəsində yeni və innovativ həllər təqdim edən SCENTPRO MMC, otel, restoran, mağaza, ofis, tibb mərkəzləri, yaşayış kompleksləri və digər xidmət sahələrinə uyğun beynəlxalq sertifikatlı diffuzorlar və diffuzor kartriclərinin təchizatını həyata keçirir.

Hazırda komandamıza Texniki Dəstək Üzrə Mütəxəssis vakansiyası üzrə məsuliyyətli və peşəkar namizəd axtarırıq.

Vəzifə və öhdəliklər
– Diffuzorların quraşdırılması və texniki işlərin icra edilməsi
– Müştərilərdə olan diffuzor aparatlarında ətir kartriclərinin dəyişdirilməsi və texniki baxışların aparılması
– Aparatlarla bağlı texniki problemlərin müəyyənləşdirilməsi və həlli
– Günlük plan və qrafik üzrə tapşırıqların yerinə yetirilməsi
– Satış menecerlərinə gün ərzində texniki dəstəyin göstərilməsi
– Müştərilərlə düzgün və peşəkar ünsiyyətin qurulması
– Müştərilərdən ödənişlərin toplanması
– Gündəlik fəaliyyət barədə rəhbərliyə hesabatların təqdim edilməsi
– Rəhbərlik tərəfindən müəyyən edilmiş digər hesabatların hazırlanması və təqdim edilməsi
– Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi
– Rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların icrası

Namizədə tələblər
– Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması (vacibdir)
– Texniki sahədə iş təcrübəsi
– Azərbaycan dilini səlis bilmək (rus dili arzuolunandır)
– Komandada və stres altında işləmə bacarığı
– Yüksək ünsiyyət və inandırma bacarığı
– İnkişafa meyilli, təşəbbüskar və öz üzərində işləmə bacarığı
– Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
– Vaxtın səmərəli idarə olunması bacarığı

İş şəraiti
– 6 günlük iş qrafiki
– AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
– İş yeri: Bakı şəhəri, Xətai m., AGA Business Center
– Əmək haqqı: 700 AZN + aylıq bonus
– Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır
– Korporativ mobil nömrə və danışıq limiti təmin olunur

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox