Öhdəliklər:
- Bankda ERM siyasəti sənədinin (Enterpirse Risk Management Policy) tətbiqində iştirak edir;
- Bankda risk identifikasiyası üzrə üsul və alətləri tətbiq edərək yeni risklərin identifikasiyası
- prosesini təşkil edilməsində iştirak edir;
- Risk xəritəsini (risk control matrix) yaradılması və idarə edilməsində iştirak edir;
- İdentifikasiya edilmiş risklərin ERM siyasətinə uyğun olaraq qiymətləndirilməsini təmin edir;
- Daxili insidentlərin səbəblərini araşdırır və aradan qaldırılması istiqamətində struktur bölmələr tərəfindən görülən işləri izləyir;
- Əməliyyat itkilərinin səbəblərinin araşdırılması, aradan qaldırılması ilə bağlı struktur bölmələrdən tədbirlərin əldə olunması və itkilərlə bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir;
- Əsas risk indikatorlarını müəyyənləşdirilməsi, tətbiq edilməsi və onların təhlilinin aparılmasında iştirak edir;
- Bankın RHİ (Risk Sağlamlığı indeksinin) göstəricisinin ölçülməsində iştirak edir və göstəricinin idarə edilməsini təmin edir;
- Bank üzrə risklərin idarə edilməsi, qiymətləndirilməsi istiqamətində Bankdaxili normativ sənədləri, həmçinin, Bankın yeni və mövcud çərçivə və siyasət sənədləri ilə bağlı rəy və
- təkliflərini verir;
- Bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə struktur bölmələr ilə birgə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planının tərtib edilməsində iştirak edir;
- Risk İştahası Bəyannaməsi hesabatını hazırlayır. Risk İştahası Bəyannaməsi hesabatı üzrə Əməliyyat və Reputasiya riski kateqoriyasına aid göstəricilərin hesablanması, nəzarəti və pozuntularla bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir; -
- Bankda risk mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini təşkil edir.
- Şöbəyə cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dairdigər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir; -
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri, Baş icraçı direktor tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və
- fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər:
- Vətəndaş qüsursuzluğuna malik olma
- Təhsil: Ali təhsili
- Təcrübə: Bank sektorunda ən azı 1 il
- Dil bilikləri: Azərbaycan, İngilis
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!