Təşkilati İnkişaf üzrə Baş Mütəxəssis

Təşkilati İnkişaf üzrə Baş Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnzibati

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    02 mart 2022

  • Bitmə tarixi

    01 aprel 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Təşkilati İnkişaf üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

  • Təşkilatın əməkdaşları və komandalarının iş məhsuldarlığının artırılması;
  • Təşkilatın inkişafı üçün zəruri olan proses, siyasət və prosedurların qurulmasında iştirak;
  • Bankın HİPO və Davamlılıq siyasəti üzrə prosesin qurulması, icrası, müvafiq dəyişikliklərin edilməsi və monitorinqi;
  • Bankın HİPO və Davamlılıq siyasəti üzrə təyin olunan davamçıların təlim və inkişaf proqramlarının hazırlanması və icrası, bu istiqamətdə bankdaxili əməkdaşlığın qurulması, həmçinin korporativ mərkəz tərəfindən daxil olan tapşırıqların idarəedilməsi;
  • PAŞA Hub mərkəzindən daxil olan tapşırıqların idarəedilməsi;
  • Korporativ mərkəzlə bütün təşkilati inkişaf prosesləri barədə sıx əməkdaşlığın qurulması və daxil olan tapşırıqların icrası;
  • Bank üzrə karyeranın inkişaf prosesinin qurulması və təlim, inkişaf prosesi ilə əlaqələndirilməsi;
  • Təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişinin həyata keçirilməsini təmin edən layihələrin və proseslərin icrası;
  • Karyeranın inkişafına və dəyişikliyinə yönəlik məktəb və “bootcamp”ların planlanması, digər Tİ mütəxəssisi ilə birgə kurrikulumların tərtibi və icrası;
  • Kurasiya üzrə təşkilati inkişaf proseslərindən işçi məmnuniyyət səviyyəsinin təqib edilməsi və rüblük əsasda ölçülməsi;
  • Tİ prosesləri üzrə rəqəmsal həllər yolunun araşdırılması və yeni təkliflərin irəli sürülməsi;
  • İR beynəlxalq trendlərin izlənilməsi və ən azından ildə 2 dəfə komandalara təqdimatın keçirilməsi;
  • İşçilərin inkişaf planına uyğun olaraq təlim proqramlarının araşdırılması və təmin edilməsi;
  • Fəaliyyətin idarəedilməsi prosesinin icrası, İR biznes partnyorluq komandasına Tİ kurasiya üzrə dəstəyin göstərilməsi; prosesin icrası zaman yaranan sualların cavablandırılması, həllini tapmayan sualların fəaliyyətin idarəedilməsi üzrə proses sahibinə yönləndirilməsi;
  • Təşkilati inkişaf üzrə data keyfiyyətinin təminatı və bütün proseslər üzrə lazımi bazalara vaxtında məlumatın daxil edilməsi;
  • Avans və tələbnamələrin düzgün yerləşdirilməsi;
  • Təlim sifarişlərinin proseslə müəyyən edilmiş qaydada açılması;
  • Təlim ehtiyaclarının qarşılanması ilə bağlı aylıq hesabatın sistemə daxil edilməsi;
  • Tİ üzrə kurasiyada şöbə rəhbəri tərəfindən verilən təşkilati struktur dəyişikliklərinin icrası və təşkilati struktur üzrə lazımi təqdimatların hazırlanması və iş analizi formasının doldurulmasının təmin edilməsi;
  • Təşkilati strukturun yenilənməsi və bütün Tİ kurasiyalar üzrə icrasının monitorinqi və təmin edilməsi, struktur dəyişiklərinin təsdiqi prosesinin icrası;
  • İş analizinin vaxtında yerinə yetirilməsi və iş analizi prosesinin şəffaflaşdırılması məqsədilə Tİ şöbə rəhbəri tərəfindən təsdiq olunan tədbirlər planının icrası.

Namizədə tələblər:

TƏHSİL

Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil

İŞ TƏCRÜBƏSİ

İstedadların idarəedilməsi, Karyeranın idarəedilməsi, Fəaliyyətin idarəedilməsi, Təlim və İnkişaf, və ya digər İR sahələrində ən az 4-5 il

XARİCİ DİL

İngilis

KOMPÜTER BİLİKLƏRİ

Microsoft Office, Power Point, Excel

SERTİFİKATLAR

SHRM/ CİPD, PMP

DİGƏR

Məhsul üzrə biliklər: İstedadların idarəedilməsi siyasəti

Bazar üzrə biliklər: Təlim, inkişaf və karyeranın idarəedilməs

                               “Design thinking

                             İR üzrə “agile governance”


Müraciət üçün: https://careers.pashabank.az/az/vakansiyalar/59

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox