Vakansiya haqqında
• Potensial tərəfdaşların cəlb edilməsi;
• Tərəfdaşlarla kommersiya danışıqlarının aparılması;
• İşgüzar yazışmaların aparılması;
• Cəlb olunmuş tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi;
• Potensial tərəfdaşlarla aparılan görüşlərin və danışıqların, nəticələrinin məlumat bazasında gündəlik olaraq qeydinin aparılması;
• Tərəfdaşlara təqdim olunacaq aylıq ödəniş sənədlərinin tərtib edilməsi, tərtib edilmiş sənədlərin tərəfdaşlara çatdırılması və ödəniş uçotunun aparılması;
• Bank müştəriləri tərəfindən tərəfdaşın satış nöqtələrində xərclənmiş vəsaitə mütənasib qaydada hesablanmış keşbeklərin ödəniş sənədlərinə əsasən Tərəfdaşların pul məbləğinin düzgün geri qaytarılmasına nəzarət etmək;
• Tərəfdaşın satış nöqtələrində Şöbəyə aid reklam materiallarının yerləşdirilməsinə nəzarət etmək;
• Expressclub-un mobil tətbiqinin idarə olunması, funksionallığının artırılması və ümumilikdə bu sahənin inkişafı istiqamətində internet resurslarda (sosial şəbəkələr və s.) kompleks tədbirlərin koordinasiyası;
Əlavə məlumatlar:
- İş vaxtı: 09:00-18:00
- İş qrafiki - 5gün
- Əmək haqqı razılaşma əsasında.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
• Ali təhsil;
• Microsoft Word və Excel proqramları ilə işləmək bacarığı;
• Müvafiq sahədə iş təcrübəsinə üstünlük verilir;
• Azərbaycan və rus dillərini bilməli;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!