Vakansiya haqqında
Tender üzrə mütəxəssis
İş barədə məlumat
• Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
• Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
• Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
• Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
• Tender zamanı şirkəti təmsil etmək;
• Xarici şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
• Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
• Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
• Tender təkliflərini analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
Namizədə tələblər:
• Ali təhsilli,
• Tender sahəsində 3 il təcrübəsi olmalı,
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli,
• Ofis texnikası ilə işləmə bacarığı,
• Microsoft Office proqramlarını bilməlidir,
• Səliqəli, punktual, xoş görünüşlü,
• Dövlət satınalmaları haqqında qanunları bilməlidir
Namizədin şəxsi keyfiyyətləri:
• Fikrini izah etmək qabiliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni cv@hroption.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Tender üzrə mütəxəssis” mövzu bölməsində göstərin.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!