Vaxtı bitib

Təhsil üzrə Baş Mütəxəssis

06 aprel 2026 1 816 baxış

  • Maaş 1000 - 1400 AZN Tələbələrlə bağlanan müqavilələr üzrə bonus/faiz sistemi
  • İş rejimi Tam-ştat
  • Təhsil Vacib deyil
  • Təcrübə 1 ildən 3 ilə qədər
  • Bitmə tarixi 16 may 2026
  • Ünvan Bakı, Qeyd ediləcək
Diqqət!

Bu elanın vaxtı bitib. Baş mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Baş mütəxəssis üzrə əməkdaş axtarırsınız?

Hər gün yüzlərlə namizəd saytımızda bu vəzifə üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Caspian Global Education vakansiya elan edir – Təhsil üzrə Baş Mütəxəssis

Caspian Global Education yaxın müddətdə fəaliyyətə başlayacaq yeni və iddialı xaricdə təhsil şirkətidir və biz komandamıza bu sahədə real təcrübəyə malik, peşəkar və məsuliyyətli Təhsil üzrə Baş Mütəxəssis axtarırıq.

Bu mövqe şirkətin ilkin mərhələsində əsas aparıcı qüvvələrdən biri olacaq. Buna görə də biz yalnız sahəni dərindən bilən, prosesləri düzgün idarə etməyi bacaran, tələbə və valideynlərlə peşəkar ünsiyyət qura bilən namizədlərlə əməkdaşlıq etmək istəyirik.

Əsas vəzifələr:
- Xaricdə təhsil üzrə müraciət proseslərinin peşəkar şəkildə idarə olunması
- Müxtəlif ölkələr üzrə universitet, kollec, bakalavr, magistr və doktorantura pillələrinə qəbul müraciətlərinin hazırlanması və yönləndirilməsi
- Viza dəstəyi, sənədləşmə və qəbul proseslərinin düzgün təşkili
- Attestatla qəbul, imtahansız qəbul və dil sertifikatı olmadan müraciət imkanları üzrə düzgün istiqamətləndirmə
- Kəsri olan və ya mürəkkəb vəziyyətdə olan tələbələr üzrə uyğun həll yollarının təqdim edilməsi
- Tələbələrin yataqxana, yaşayış yeri, qarşılanma, transfer və ilkin yerləşmə prosesləri üzrə koordinasiyası
- Tələbə və valideynlərlə peşəkar kommunikasiya qurulması
- Müqavilə mərhələsində və digər vacib proseslərdə aktiv iştirak

Namizədə tələblər:
- Xaricdə təhsil sahəsində minimum 2–3 il rəsmi iş təcrübəsi
- Sahə üzrə praktik bilik və real iş təcrübəsi
- Viza, sənədləşmə, qəbul və tələbə yönləndirmə proseslərini sərbəst idarə etmək bacarığı
- Məsuliyyətli, operativ və detallara diqqətli olmaq
- İngilis dili minimum B1+
- Rus dili biliyi üstünlükdür

İş şəraiti:
- İş formatı: Hibrid
- İş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00
- Vacib görüşlər, tələbə və valideynlərlə əyani ünsiyyət, müqavilə bağlanması və digər mühüm proseslər zamanı ofisdə iştirak tələb olunur
- Digər günlərdə və işin xarakterinə uyğun olaraq məsafədən çalışma mümkündür

Əmək haqqı və bonus sistemi:
- İlk 3 ay üçün fiks maaş 1000 AZN təşkil edəcək
- Daha sonra maaş hər 2 aydan bir 100 AZN artırılacaq
- Yekunda fiks maaş 1400 AZN səviyyəsinə çatacaq
- Bundan əlavə, tələbələrlə bağlanan müqavilələr üzrə bonus/faiz sistemi bütün mərhələlərdə qüvvədə olacaq

Vacib qeyd:
Şirkətimiz may ayından fəaliyyətə başlayacaq, hazırda isə qabaqcadan namizəd seçimi aparılır.

Müraciət qaydası:
Namizədlər CV-lərini və “Niyə sizi seçməliyik?” adlı qısa müraciət mətnini  
Ferhad0404@proton.me elektron poçt ünvanına göndərməlidirlər.

E-mailin mövzu hissəsində mütləq qeyd olunmalıdır:  
Təhsil üzrə Baş Mütəxəssis

Diqqət:
- CV olmadan müraciətlərə baxılmayacaq
- “Niyə sizi seçməliyik?” mətni olmadan müraciətlərə baxılmayacaq
- Süni intellekt vasitəsilə yazıldığı açıq şəkildə görünən müraciətlər nəzərdən keçirilməyəcək

Əgər siz xaricdə təhsil sahəsində real təcrübəyə malik, bu prosesi peşəkar şəkildə idarə edə bilən və yeni qurulan şirkətdə əsas rol oynamağa hazır namizədsinizsə, müraciətinizi gözləyirik.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Təhsil üzrə Baş Mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ