Təhlükəsizlik şöbəsinin mütəxəssisi

Təhlükəsizlik şöbəsinin mütəxəssisi

Rabitabank OJSC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Təhlükəsizlik şöbəsinin mütəxəssisi vakansiyaları üçün bura daxil olun.

Elan № 7460

Təhlükəsizlik şöbəsinin mütəxəssisi vakansiyaları

Təhlükəsizlik şöbəsinin mütəxəssisi vakansiyaları

20 Dekabr 2021

Elan tarixi

19 Yanvar 2022

Bitmə tarixi

1645

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Rabitəbank ASC Təhlükəsizlik şöbəsinə mütəxəssis və baş mütəxəssis vakansiyaları üzrə işə qəbul elan edir.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 

·           Bankın baş ofisi və filiallarda quraşdırılmış videonəzarət sistemi vasitəsi ilə struktur bölmələr üzrə monitorinqin aparılması və aşkar olunan hadisələr üzrə rəhbərliyə hesabatın verilməsi, müvafiq tədbirlərin görülməsi;


·           Bankın baş ofisi və filiallarında quraşdırılmış mühafizə-yanğın siqnalizasiya monitorinq sistemi vasitəsi ilə struktur bölmələrdə quraşdırılmış mühafizə-yanğın sistemlərindən daxil olan siqnalların təhlili və müvafiq tədbirlərin həyata keçirilməsi;


·           Bankın baş ofisi və filiallarında quraşdırılmış videonəzarət sistemi vasitəsi ilə inkassasiya prosesinə nəzarətin həyata keçirilməsi və aşkar olunan kənarlaşmalar  barədə məlumatların təqdim edilməsi;


·            Quraşdırılmış  monitorinq sistemi vasitəsi ilə ATM-lərdə quraşdırılmış təhlükəsizlik sistemlərindən daxil olan siqnalların təhlili və aşkar olunan hadisələr üzrə müvafiq tədbirlərin görülməsi;


·           Quraşdırılmış videonəzarət, mühafizə-yanğın və nəzarət-buraxılış sistemləri vasitəsi ilə inzibati binanın mühafizəsinin təşkili;


·           Giriş-çıxış postlarında müvafiq sənədləşmə və təlimatlar əsasında işçilərin, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin inzibati binaya, o cümlədən əraziyə  daxil olmasına və çıxışına nəzarət işinin təşkili;


·           Bankın baş ofisində və filiallarında quraşdırılmış videonəzarət sistemi və nəzarət-buraxılış sistemləri vasitəsi ilə Bankın perimetrində və daxilində baş verən hadisələrə nəzarət;


·           Fövqəladə hallar zamanı Baş ofis və filiallarda əməkdaşların və qiymətlilərin müvafiq qaydada  evakuasiyasının təşkil edlməsi və nəzarət.


·           Rəhbərliyin tapşırıqlarına əsasən fəaliyyət prosesində meydana çıxan digər funksiyaları yerinə yetirmək.

NamİZƏDƏ TƏLƏBLƏR

Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması; 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində 

Təhlükəsizlik şöbəsinin mütəxəssisi və baş mütəxəssisi ” yazmağınız xahiş olunur. 


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 7460

Təhlükəsizlik şöbəsinin mütəxəssisi vakansiyaları

Təhlükəsizlik şöbəsinin mütəxəssisi vakansiyaları

20 Dekabr 2021

Elan tarixi

19 Yanvar 2022

Bitmə tarixi

1645

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"