Vakansiya haqqında
İş barədə məlumat:
- Falcon X şirketine daxil olan firmaların sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşımlara nəzarət etmək
- Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək
- Müştəri brifini kreativ komandaya anlaşıqlı şəkildə tam izah etmək
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
- Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
- Aylıq hesabatları hazırlamaq
İş Şərtləri:
5 günlük iş qrafiki / 09:00-dan 18:00-dək
Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.
Namizədə tələblər:Namizədə tələblər:
- Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus ve En dilini bilən namizədlərə üstünlük veriləcək)
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı
- Facebook Business manageri bilməli
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müstəqil işləmək bacarığı
- İdarəçilik və təşkilatçılıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV və portfolio məlumatlarını “SMM Mütəxəssisi” başlığı ilə hr@falconx.az elekton ünvanına göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!