Vakansiya haqqında
xTirachı komandamıza qoşulmaq istəyənlərə şad xəbər. Şirkətimizə SMM axtarılır.
İş haqqında məlumat
- “xTirachı”nın instagram səhifəsi üçün gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq;
- İnstagramda özü çəkilməklə oyun qutuları haqqında yüksək keyfiyyətdə cəlbedici mətn, foto və video hazırlamaq;
- Sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Yeniliklərə açıq olmaq, işində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq
- “xTirachı”nı inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq;
- İş qrafiki sərbəstdir, lakin verilən tapşırıq əvvəlcədən müəyyən olunmuş vaxtda təqdin edilməlidir.
- İş hibrid formalıdır. Həm ofisdən, həm də onlayn işləmək mümkündür.
Namizədə tələblər
- Ali təhsil ( Pedaqoji təhsil olması üstünlükdür) - Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müvafiq vəzifə üzrə azı 1 (bir) ildən yuxarı iş təcrübəsi
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı
- Planlaşdırma və hesabat qabiliyyəti
- Facebook, Instagram və s. üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator)
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi info@xtirachi.com elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (SMM menecer) vakansiyanın adını qeyd edəsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!