SMM Manager

SMM Manager

Unitexnika MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    SMM

  • Maaş

    600 - 800 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    30 noyabr 2020

  • Bitmə tarixi

    30 dekabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Sosial Media Marketinq (SMM) mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Vəzifə və öhdəliklər:

- Sosial media hesabları və platformaları (Facebook, LinkedInInstagram və s.) ilə işləmək;
- Həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Bütün SMM kanallarına nəzarət etmək;
- Hesabatları hazırlamaq.


Namizədə tələblər:

- Təhsil : Ali;
- Sosial media sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
- Windows əməliyyat sistemi, Adobe Photoshop, Adobe Illustrator dizayn proqramı və əlavələrində işləmək bacarığı;
- Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə və qrafik dizayn bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edərək info@unitexnika.az elektron ünvanına göndərmələri xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox