Vakansiya haqqında
Vəzifənin adı: Sistem və Şəbəkə üzrə Administrator
Qısa xülasə:
Şəbəkə üzrə Administrator kompüter şəbəkələrinin saxlanılmasından və onlarda yarana biləcək problemlərin həllindən məsuldur. Vəzifəyə aid öhdəliklərə aşağıdakılar daxildir: kompüter şəbəkələrinin və sistemlərinin quraşdırılması və konfiqurasiyası, kompüter şəbəkələri və sistemləri ilə əlaqədar yaranan problemləri müəyyən etmək və həll etmək.
Hesabat verir: İT şöbəsinin rəhbərinə
Əsas öhdəliklər:
• Kompüter şəbəkələrini və sistemlərini quraşdırmaq və konfiqurasiya etmək
• Kompüter şəbəkələri və sistemləri ilə bağlı yaranan hər hansı problemi aşkar etmək və həll etmək
• Sistem tələblərini və dizayn həllərini müəyyən etmək üçün müştərilərlə məsləhətləşmə aparmaq
• Avadanlıq və montaj xərclərinin büdcəsini tərtib etmək
• Yeni sistemləri quraşdırmaq
• Mövcud proqram təminatı və aparatlarına texniki xidmət göstərmək və köhnəlmiş hər hansı aparatı yeniləmək
• İcranın necə yaxşılaşdırıla biləcəyini müəyyən etmək üçün kompüter şəbəkələri və sistemlərinin monitorinqini aparmaq
• İT dəstək işçiləri ilə birgə işləmək
• Şəbəkəni idarə etmək və dəstək göstərmək
• İnformasiya Texnologiyaları, Kompüter elmləri, İnformasiya Sistemləri və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi.
• TCP/IP, Routing, LAN Switching, Firewall, WAN, VPN şəbəkələrinin idarə edilməsi üzrə 5 ildən artıq təcrübə və ən az 2 il şəbəkə infrastrukturunun layihələndirilməsi və tətbiqi təcrübəsi.
• Məlumat mərkəzi şəbəkəsinin matrisa topologiyalarını və Layer 2 və Layer 3- əsaslı ümumi arxitekturanı başa düşmək
• Məlumat mərkəzi mühitində istifadə olunan BGP və digər marşrutlaşdırma protokollarını başa düşmək
• Aşağıdakı texnologiyalar barədə dərin bilgi: TCP/IP, Spanning-tree protokolları, Virtuallaşdırma, MLAG, Kanalların Aqreqasiyası
• CCNP/CCIE R&S sertifikatına üstünlük verilir
• Checkpoint, Fortigate və Cisco firewall üzrə təcrübə
• F5 Load Balancer üzrə təcrübə
• Şəbəkə İcrası və Monitorinqi Konsepsiyaları üzrə təcrübə
• Mükəmməl problemləri həlletmə bacarığı və aktiv yanaşma ilə hərtərəfli problemi həlletmə bacarığı
• Oyun və mərc və lotereya oyunları sahəsində təcrübə və məlumatlılığa üstünlük verilir.
• Güclü ünsiyyət bacarığı və bütün təşkilat daxilində komandalarla səmərəli ünsiyyət qurma qabiliyyəti.
• Bacarıqlı davranışa sahib olmaq
• Təfərrüatyönümlü və təşəbbüsçü olmaq
• İngilis dilini mükəmməl bilmək
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Sistem və Şəbəkə üzrə Administrator" yazmaqla hr@azerlotereya.com e-poçt ünvanına göndərmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!