Sistem və Şəbəkə İnzibatçısı

Sistem və Şəbəkə İnzibatçısı

PİTS Technology Solutions MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Sistem idarəetməsi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 oktyabr 2020

  • Bitmə tarixi

    21 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Şəbəkə inzibatçısı vakansiyaları üçün bura keçid edin!

Active Directory (Qaldırılması, Quraşdırılması, İdarə olunması) ilə işləmək;

Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;

Terminal serverlərin sazlanması və dəstəklənməsi;

Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;

Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;

Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;

İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;

Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;

Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;

Şirkətin və müştərilərin şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;

İnternet resurslarının istifadəsinə nəzarət etmək;

Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılması;

Xarici, daxili, beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;

LAN/WAN şəbəkəsi və İT infrastrukturunun layihələndirilməsi;

Şəbəkə təhlükəsizliyini təmin etmək;

Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;

Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;


Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Namizədə tələblər:

Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;

Windows əməliyyat sistemlərində işləmə bacarığı;

DNS, DHCP, RDS üzrə biliklər;

Linux/Unix üzrə ilkin biliklər;

VPN texnologiyaları ilə iş bacarığı;

Firewallarla iş təcrübəsi (Cisco ASA, FortiGate);

Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;

Problemləri düzgün analiz edə bilmə bacarığı;

Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;

İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;

CCNA Security, CCNP sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;

Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem və Şəbəkə İnzibatçısı” kimi göstərməyiniz xahiş olunur. 

Digər mövzulu müraciətlərə baxılmayacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox