- informasiya texnologiyaları sahəsində hazırlanan layihələrin testləşdirmə prosesini həyata keçirmək;
- biznes tələblərinə uyğun olaraq test ssenarilərini və test planlarını hazırlamaq;
- biznes proseslərin funksional testlərini aparmaq;
- layihənin testləşdirməsi zamanı biznes tələblərin təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq və təkliflər hazırlamaq;
- yaranan problemlər üzrə texniki dəstəyə vaxtında hesabat verilməsini təmin etmək;
- hazırlanan layihələrin testləşdirmə prosesinin sürətləndirilməsi üçün zəruri tədbirlər görmək;
- test edilən proseslərin monitorinqini həyata keçirmək;
- layihə zamanı icra olunması planlaşdırılan proqram təminatları üzrə texniki və funksional tələblərin formalaşdırılması mərhələsində müzakirələrdə aktiv iştirak etmək;
- sahə üzrə sifariş verilmiş işlərin və xidmətlərin təsdiq olunmuş tələblərə uyğunluğunu yoxlamaq, test etmək və aşkar edilmiş uyğunsuzluq və çatışmazlıqların icraçılar tərəfindən aradan qaldırılmasına dair təkliflər hazırlamaq;
- hazırlanan layihələrlə bağlı digər struktur bölmələr ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasında iştirak etmək;
- fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:- ali təhsil;
- müvafiq və oxşar sahədə azı 4 il iş təcrübəsi;
- azərbaycan dili üzrə yüksək, ingilis dili və rus dili üzrə orta səviyyədə dil bilikləri;
- MS Office proqramları üzrə yaxşı biliklər;
- test metodologiyaları üzrə təcrübə;
- BPM alətləri üzrə təcrübə;
- SQL və digər proqramlaşdırma dilləri üzrə biliklər;
- Bug tracking izləmə sistemləri ilə təcrübə;
- Selenium ve Appium üzrə təcrübə.
- Üstünlük göstəriciləri:
- informasiya texnologiyaları və ya oxşar ixtisaslar üzrə ali təhsil
- Vəzifəyə dair tələb edilən şəxsi keyfiyəətlər və bacarıqlar:
- məsuliyyətlilik;
- etibarlılıq və dürüstlük;
- inkişafa yönümlü və innovativlik;
- operativlik və çeviklik;
- təşəbbüskarlıq və təşkilatçılıq;
- nəticəyə hədəfli;
- komanda işi;
- analitik düşünmə.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!