Vakansiya haqqında
Senior Front-end developer
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Senior Front-end developer vakansiyası elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Senior Front-end developer nə iş görür?
- Qrup və ya fərdi şəkildə yeni layihələrin yaradılması;
- Mövcud layihələrə əlavə və dəyişikliklərin edilməsi, texniki dəstək göstərilməsi;
- Agile (Scrumban) və Lean metodologiyasında işlənilməsi.
Əlavə məlumat
5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Senior Front-end developer” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədə tələblər:Hansı özəlliklərə malik olmalıdır?
- Minimum 2 il təcrübə;
- Github üzrə iş təcrübəsi;
- React.js;
- Typescript üzrə mükəmməl bilik;
- Javascript transpiller (babel və ya coffescript);
- Css pre-prosses (sass or lesss);
- Unit testlərin yazılması (MochaJS, JEST);
- RestFull api və WebSockets (WEB Api və ya socket.io) ilə işləmək;
- Səliqəli kod yazmaq qabiliyyəti;
- Mövcud olan proyektlərin dəstəklənməsi;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!