Şef-Aşpaz

04 noyabr 2026 1 296 baxış

  • Maaş 2500 AZN Bonus
  • İş rejimi Tam-ştat
  • Təhsil Vacib deyil
  • Təcrübə 5 ildən yüksək
  • Bitmə tarixi 03 dekabr 2026 16 gün qalıb
  • Ünvan Bakı, 8-km

Vakansiya haqqında

Vakansiya: Şef-aşpaz (Executive Chef)

Restoran Konsepti: Premium seqment, sırf qastronomiya və rahatlıq fokuslu 200 nəfərlik qonaq tutumu.

İşin Təsviri:
Yeni açılacaq premium restoran üçün milli mətbəxin zəngin ənənələrini mükəmməl bilən və eyni zamanda Avropa mətbəxinin müasir təqdimat texnikalarına hakim olan, yaradıcı və idarəçi Şef-aşpaz axtarırıq. Şef-aşpaz mətbəxin tam idarə olunmasına, menyunun lüks standartlara uyğun formalaşdırılmasına və komandanın qurulmasına birbaşa cavabdeh olacaq.

Əsas Öhdəliklər:

  • Milli və qismən Avropa mətbəxi elementlərini birləşdirən eksklüziv menyunun (A la Carte) və VIP qonaqlar üçün xüsusi təqdimatların hazırlanması;
  • Yeməklərin lüks restoran standartlarına uyğun vizual estetikada, dad balansında və eyni keyfiyyət sabitliyində çıxmasının təmin edilməsi;
  • Yeməklərin maya dəyərinin (food cost) dəqiq hesablanması və kalkulyasiya kartlarının tərtib edilməsi;
  • Mətbəxin xətt aşpazları və köməkçi heyətinin (Sous Chef, qəssab, soyuq/isti sex aşpazları və s.) seçilməsi və peşəkar komandanın formalaşdırılması;
  • Anbar idarəetmə proqramları vasitəsilə tədarükün, xammalın keyfiyyətinin və qalıqların nizamlı idarə olunması;
  • Mətbəx daxilində tam sanitar-gigiyenik (HACCP) və daxili nizam-intizam qaydalarına ciddi nəzarət edilməsi.

Tələblər:

  • Premium və ya lüks seqment restoranlarda Şef-aşpaz və ya Su-şef (Sous Chef) olaraq minimum 5 il iş təcrübəsi;
  • Milli mətbəxin incəliklərinə və ət məhsulları ilə işləmə (xüsusilə quru yetkinləşdirmə/dry-aged və xüsusi kəsimlər) texnikalarına dərindən bələd olmaq;
  • Avropa mətbəxinin müasir yemək bişirmə və kreativ boşqab tərtibatı trendlərini tətbiq edə bilmək;
  • Maliyyə intizamı, menyu mühəndisliyi və xidmət sürətinin optimallaşdırılması bacarığı;
  • Liderlik, stressə davamlılıq və güclü komanda idarəetmə qabiliyyəti.

İş Şəraiti və Təminatlar:

  • Rəsmi əmək müqaviləsi;
  • Müasir avadanlıqlarla təchiz olunmuş, yeni təmirli və rahat iş mühiti;
  • Restoranın uğurlu maliyyə göstəricilərinə əsasən bonus sisteminin tətbiqi.

Maraqlanan namizədlərdən öz portfoliosunu (hazırladıqları yeməklərin vizual nümunələrini) və CV-lərini mövzu hissəsində "Şef-aşpaz" qeyd edərək E-mail ünvanı vasitəsilə bizə göndərmələri xahiş olunur.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi elanda göstərilən e-poçt ünvanına göndərin.

E-poçt göstər

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

ISUR MMC — Şef-aşpaz vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

ISUR MMC-nin şef-aşpaz vakansiyasında maaş 2500 AZN-dir.

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

ISUR MMC-nin şef-aşpaz vakansiyası üzrə iş Bakıda, 8-km ünvanında yerləşir. İş rejimi tam ştatdır.

Son müraciət tarixi nədir?

ISUR MMC-nin şef-aşpaz vakansiyasına müraciət üçün son tarix 3 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

ISUR MMC-nin şef-aşpaz vakansiyasına müraciət etmək üçün CV elanda göstərilən e-poçt ünvanına göndərilir. Namizədlərdən portfolionu da göndərmək və məktubun mövzu hissəsində "Şef-aşpaz" yazmaq xahiş olunur.

Neçə il iş təcrübəsi tələb olunur?

ISUR MMC-nin şef-aşpaz vakansiyasında minimum 5 il iş təcrübəsi tələb olunur. Bu təcrübə premium və ya lüks seqment restoranlarda şef-aşpaz və ya su-şef vəzifəsində olmalıdır.

Namizəddən hansı bacarıqlar tələb olunur?

ISUR MMC-nin şef-aşpaz vakansiyasında namizəddən milli mətbəxin incəliklərini və ət məhsulları ilə işləmə texnikalarını (quru yetkinləşdirmə, xüsusi kəsimlər) bilmək, Avropa mətbəxinin müasir bişirmə və boşqab tərtibatı trendlərini tətbiq edə bilmək tələb olunur. Həmçinin maliyyə intizamı, menyu mühəndisliyi, xidmət sürətinin optimallaşdırılması, liderlik, stressə davamlılıq və komanda idarəetmə bacarığı gözlənilir.

Təhsil tələbi varmı?

ISUR MMC-nin şef-aşpaz vakansiyasında təhsil tələbi vacib deyil.

İş qrafiki necədir?

ISUR MMC-nin şef-aşpaz vakansiyasında iş rejimi tam ştatdır.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, ISUR MMC-nin şef-aşpaz vakansiyasında ən azı 5 il iş təcrübəsi tələb olunur.

İşçilərə hansı üstünlüklər təklif olunur?

ISUR MMC-nin şef-aşpaz vakansiyasında rəsmi əmək müqaviləsi, müasir avadanlıqlarla təchiz olunmuş yeni təmirli iş mühiti təklif olunur. Həmçinin restoranın maliyyə göstəricilərinə əsasən bonus sistemi tətbiq olunur.

Gələcək Şef-Aşpaz vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

4

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ