- Həlləri planlaşdırmaq, idarə etmək və həyata keçirmək üçün çevik metodologiyanın dəyərlərinin, prinsiplərinin və üsullarının istifadə edilməsi
 
	- Tapşırıqların, məsələlərin, risklərin və tədbirlər planının bəndlərinin müəyyən edilməsi və idarə edilməsi
 
	- “Scrum” sisteminə həsr olunan tədbirlərin, iclasların və qərar qəbuletmə proseslərinin planlaşdırılması və bunların həyata keçirilməsinə köməklik göstərilməsi
 
	- İşlərin icrasında əldə edilən irəliləyişə və əmək məhsuldarlığına nəzarət edilməsi və işçi heyətlərinin təkmilləşdirmələr etməsinə köməklik göstərilməsi
 
	- Sınaq nümunələrinin nümayiş etdirilməsinin və məhsulun/sistemin sınaqdan keçirilməsinin planlaşdırılması və təşkil edilməsi
 
	- Layihə proseslərinin və nəticələrinin izlənməsi
 
	- Maraqlı tərəflər üçün cari vəziyyət haqqında hesabatların hazırlanması və təqdim edilməsi
 
	- Heyətə və təşkilata çevik üsulların metodologiyalarının istifadə edilməsi qaydası haqqında təlimatların verilməsi
 
	- Heyətə təlim verilməsi; şəffaf və dəyişən şəraitə uyğunlaşmağı bacaran heyət standartlarının qavranmasına köməklik göstərilməsi 
 
	- Yeni məhsulun buraxılmasını planlaşdırmaqda və yarımçıq işləri başa çatdırmaqda məhsul sahibinə köməklik göstərilməsi
 
	- Mədəniyyətlərarası anlaşılmazlıqlar və ya logistika problemləri kimi maneələrin aradan qaldırılması
 
	- Bütün heyət üzvləri arasında sıx əməkdaşlığın təşviq edilməsi, heyət üzvlərinin bir-birinə çarpaz təlim verməsinin və köməklik göstərməsinin təşviq edilməsi
 
	- Heyət daxilində və xaricində ünsiyyətin və əməkdaşlığın həyata keçirilməsinə köməklik göstərilməsi
 
	- Heyətin və təşkilatın bütün səviyyələrində Çevik proseslərin, prinsiplərin və üsulların həyata keçirilməsi
 
	- Heyət daxilində özünütəlimin və karyera yüksəlişinin təşviq edilməsi
 
	- Söhbətlər, təlim vermə və rol oyunu çalışmaları vasitəsilə heyətə çevik düşüncə tərzinin aşılanması
 
	- Cəza qorxusu olmadan problemlərin qaldırıla biləcəyi etibarlı və təhlükəsiz mühitin yaradılması
 
	- Heyətin tədbirlərinin keçirilməsinə köməklik göstərilməsi: gələcək fəaliyyətin planlaşdırılması, keçmiş fəaliyyətin qiymətləndirilməsi 
 
Mənbə: Pasha Bank
Namizədə tələblər:
	- Çevik inkişaf sahəsində 1-3 il iş təcrübəsinə və Scrum adlı layihə idarəetməsi sisteminin təlimatçısı və ya buna bənzər vəzifədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir
 
	- Layihə təşkilatçısı vəzifəsində keçmiş iş təcrübəsi də yüksək qiymətləndirilir, lakin zəruri deyil (çevik təşkilatçılıq sahəsində iş təcrübəsinə üstünlük verilir)
 
	- Çevik təşkilatçılığın əsasları haqqında güclü biliyə malik olma
 
	- Heyətə çevik üsullar haqqında təlim vermək və maksimal biznes imkanlarından vaxtında istifadə etmək məqsədilə çevik metodologiyaya riayət olunmasını təmin etmək qabiliyyətinə malik olma.
 
	- Mürəkkəb məlumatları çatdırmaq və yeni anlayışları öyrətmək qabiliyyəti ilə yanaşı güclü ünsiyyət bacarıqlarına malik olma
 
	- Dil bilikləri: İngilis dili
 
                                                        Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!