Satışın təşkili və texniki dəstək şöbəsinin Satışın təşkili və merçendayzinq bölməsinin baş mütəxəssisi

Satışın təşkili və texniki dəstək şöbəsinin Satışın təşkili və merçendayzinq bölməsinin baş mütəxəssisi

Kapital Bank
  • Şəhər

    Bakı, Baş ofis, Port Baku 2

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    14 iyul 2025

  • Bitmə tarixi

    02 avqust 2025

Birbank-ın Ekosistem Partnyor Şəbəkəsinin Satışa Təşkili və Texniki Dəstək şöbəsində sənədlərin düzgün idarə olunmasına, sənəd dövriyyəsinin vaxtında və qanunvericiliyə uyğun aparılmasına cavabdeh olan Baş Mütəxəssis axtarırıq. Biz sənədləşmə proseslərinin həm effektiv, həm də dəqiq təşkil edilməsini, bankdaxili və qanuni tələblərin hər zaman qorunmasını vacib sayırıq. Müraciətlərin vaxtında və tam şəkildə icrasını təmin etmək, sənədlərin məxfiliyinə ciddi nəzarət etmək və departamentlərarası əməkdaşlığı gücləndirmək bizim əsas prioritetlərimizdəndir.

Bundan əlavə, proseslərin keyfiyyətini təmin etmək məqsədilə monitoring və yoxlama proseslərinin qurulması və davamlı nəzarətin həyata keçirilməsi əsas funksiyalarımızdandır. Proseslərdəki mümkün boşluqları vaxtında aşkar edib, təkmilləşdirilməsini təmin etmək də vəzifələrinizə daxildir. Əgər sənədlərlə işdə diqqətli, məsuliyyətli və təhlil bacarığı yüksək olan birisinizsə, çoxsaylı tapşırıqları operativ və düzgün şəkildə idarə etməyi bacarırsınızsa, siz bizim axtardığımız namizədsiniz.

  • Ali təhsil;
  • Bank sənədlərinin saxlanılması və arxivləşdirilməsi ilə bağlı qanunvericilik aktları ilə bağlı məlumatlara;
  • Elektron sənədləşmə sistemlərindən istifadə bacarığına;
  • Prioritetləri düzgün müəyyənləşdirmək bacarığına;
  • Yüksək səviyyədə kommunikasiya bacarığına;
  • Kompyuter biliyi: MS Office ilə işləmə bacarığına;
  • Məsuliyyətlilik, dürüstlük və operativlik kimi keyfiyyətlərə;
  • Müstəqil və komandada işləmə qabiliyyətinə;
  • Təhlil etmə bacarığına sahib olmaq.
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti

Bank ilə əməkdaşlıq müqavilələrinin və huquqi sənədlərin düzgün tərtibi, təsnifat və arxivləşdirilməsinə nəzarət;

Departamentdaxili sənəd dövriyyəsini və prosesləri koordinasiya etməkSənədlərin məxfiliyini qorumaq və müvafiq qanunvericilik tələblərinə və bankdaxili qaydalara uyğun olaraq hərəkətinə nəzarət etmək;

Bankdaxili sənəd dövriyyəsi sistemində işləmək və proseslərin vaxtında icrasını izləmək;

Departamentə daxil olan müraciətlərin koordinasiyasını və icrasını təmin etmək;

Nəzarət və hesabatlılıq məqsədilə müvafiq qeydiyyat və statistik məlumatları aparmaq;

Monitorinq və yoxlama proseslərinin qurulması ve nəzarətBankdaxili proseslərin koordinasiyası və inteqrasiyası;

Müqavilə və sənəd dövriyyəsinin təşkili və idarə edilməsiProsesdəki boşluqların müəyyən edilməsi və təkmilləşdirilməsi;

Bankdaxili strukturlarla effektiv hüquqi əməkdaşlığın qurulması.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox