Vakansiya haqqında
Öhdəliklər:
Mağazaya daxil olan müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq;
Müştərilərin tələb və ehtiyaclarını müəyyənləşdirərək düzgün məhsul təqdim etmək;
Saatlar və digər məhsullar barədə ətraflı məlumat vermək;
Servisə müraciət edən müştəriləri düzgün istiqamətləndirmək;
Günlük 9 saatlıq iş qrafikinə əməl etmək;
Satış planlarını yerinə yetirmək və yüksək müştəri məmnuniyyəti təmin etmək.
Namizədə Tələblər:
Yüksək satış bacarığı və inandırıcı təqdimat qabiliyyəti;
Güclü ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı;
Fikrini aydın ifadə etmək və səlist danışıq qabiliyyəti;
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
Xarici dil bilikləri: Rus dili (arzuolunandır);
Təcrübəli namizədlərə üstünlük veriləcək.
Şirkət Təklif Edir:
Əmək haqqı: 700 – 1500 AZN + satışdan faiz sistemi;
Karyera inkişafı və yüksəliş imkanı;
Müasir və peşəkar iş mühiti;
Dost kollektiv və dəstəkçi komanda.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!