Vaxtı bitib

Satınalma üzrə mütəxəssis

18 sentyabr 2025 3 494 baxış

  • Maaş 1200 - 1500 AZN
  • Bitmə tarixi 18 oktyabr 2025
Diqqət!

Bu elanın vaxtı bitib. Satınalma üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Satınalma üzrə mütəxəssis üzrə əməkdaş axtarırsınız?

Hazırda 257 aktiv namizəd Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Şöbə/Bölmə: Təchizat və Logistika şöbəsi

Vəzifə: Satınalma üzrə mütəxəssis

Hesabat verdiyi şəxs: Şöbə rəhbəri

Tələblər:

Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Satınalma və ya əlaqəli sahələr)

İş təcrübəsi: Satınalma sahəsində minimum 3 il

Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri əla

Kompyuter bilikləri: Microsoft Office, ERP sistemləri (IRP), digər satınalma proqramları

Təklif:

- Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071

- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00

- Nahar şirkət tərəfindən təmin edilir.

- Əmək haqqı: 1200-1500 azn (Net) Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Vəzifə təlimatı:

  • Şöbəyə həvalə olunmuş və ya məsuliyyət daşıdığı brendlər üzrə mövcud və potensial təchizatçıları qiymətləndirmək, bazar araşdırması aparmaq, texniki və maliyyə kriteriyalara uyğun seçim etmək.
  • Hər brend üzrə şirkət daxili qaydalara və prosedurlara uyğun sifarişlərin araşdırılması, təsdiqlənməsi və ERP/IRP sisteminə daxil edilməsini təmin etmək.
  • Brend üzrə proforma və müqavilələrin yoxlanılması, təsdiqi, ödəniş şərtləri və təslim müddətlərinin izlənməsi.
  • Brend məhsullarının vaxtında və tam şəkildə alınmasını təmin etmək, əskik və ya zədələnmiş məhsullarla bağlı problemləri operativ həll etmək.
  • Brend üzrə satınalma əməliyyatlarını dəqiq sənədləşdirmək, rüblük və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

 

 

  • Brend üzrə daimi ünsiyyət saxlamaq, sorğulara cavab vermək və şirkət üçün strateji tərəfdaşlıq imkanlarını araşdırmaq.
  • Yeni məhsul və brendləri təhlil etmək, şirkətə tətbiq oluna biləcək innovativ həlləri tövsiyə etmək, beynəlxalq sərgilərdə iştirak etmək.
  • Hər brend üzrə satış performansına, stok vəziyyətinə və trend analitiklərinə əsasən satınalma qərarlarını optimallaşdırmaq.
  • Təchizatçı gecikmələri, keyfiyyət problemləri və maliyyə risklərini vaxtında müəyyən edib, rəhbərliyə və logistika şöbəsinə məlumat vermək.
  • Satış, logistika və maliyyə şöbələri ilə koordinasiyalı işləmək, sifarişlərin vaxtında və düzgün çatdırılmasını təmin etmək.
  • Təchizatçıların performansını qiymətləndirmək, müqavilə şərtlərinə riayət olunmasını təmin etmək.
  • Öz vəzifə və kvalifikasiyasına uyğun olaraq əsas vəzifə öhdəliklərindən əlavə, rəhbərliyin tapşırığı əsasında digər aidiyyəti işləri də vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.

 Açar bacarıq və davranışlar:

  • Analitik təhlil: Bazar, brend və satış məlumatlarını qiymətləndirmək, optimal qərarlar qəbul etmək.
  • Prosesə yönümlülük: Satınalma proseslərini dəqiq, qaydalara uyğun və səmərəli icra etmək.
  • Yeniliklərə adaptasiya: Yeni brendlər və bazar trendlərinə uyğun tez reaksiya göstərmək.
  • Effektiv kommunikasiya: Daxili və xarici tərəfdaşlarla peşəkar ünsiyyət qurmaq.
  • Problemlərin həlli: Çətin və stressli situasiyalarda operativ və əsaslı qərarlar qəbul etmək.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Satınalma üzrə mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ