Vakansiya haqqında
Ester Bijoux mağazalar şəbəkəsi “Satıcı” vakansiyası elan edir.
Vəzifə və öhdəliklər:
- Müştərilərə məhsullar haqqında dolğun məlumat vermək və məhsulların satışında səmərəli təkliflərin edilməsi;
- Satış texnikası və müştəri məmnuniyyəti standartlarına riayət etməklə satışı həyata keçirmək;
- Müştərilərdən gələn sifarişlərin düzgün qəbul edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
Tələblər
- Satış üzrə təcrübə minimum 1-2 il (zinət əşyaları satışında təcrübə üstünlükdür);
- Rus dili biliyi mütləqdir;
- İngilis dili biliyinin olması üstünlükdür;
- Yüksək ünsiyyət bacarığı; Yaş həddi 21-35;
- Cinsi: Qadın.
İş haqqında:
- İş saatı: 8 saat
- İş qrafiki: 09:00-17:00/14:00-22:00 - Sınaq müddəti: 3 gün.
Əmək haqqı: 600-700 azn (kandidatdan asılı olaraq) + aylıq satışdan bonus.
Ünvan: Park Bulvar ticarət mərkəzi, 1-ci mərtəbə.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satıcı” başlığı ilə d.vakiloghlu@caffenewyork.az elektron poçtuna göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!