Vakansiya haqqında
- Məlumat fayllarını hazırlayaraq və mövcud ECL modelini çalışdıraraq aylıq əsasda BMHS-a uyğun olaraq mümkün kredit zərərləri üçün ehtiyatların hesablanmasını təmin etmək.
- ECL model nəticələrinin və hesablanımş parametrlərinin (PD və LGD) düzgünlüyünü yoxlamaq.
- Yerli tənzimləyici standartlara uyğun olaraq kreditlər üzrə ehtiyatların hesablanması.
- Risk metodologiyalarının və kredit riski siyasətlərinin illik nəzərdən keçirilməsini və yenilənməsini təmin etmək.
- Stress-testlərin, modelin kalibrlənməsinin aparılmasında rəhbərliyə dəstək vermək.
- Rəhbərlik üçün müxtəlif müvafiq hesabatların hazırlanması.
- Hər hansı digər müvafiq tapşırıqların icrasında rəhbərliyə dəstək vermək.
Necə müraciət etməli?
CV-nizi email-ın mövzu hissəsində “Risklərin idarə edilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız qısa siyahıya alınmış namizədlər işə qəbul prosesinin sonrakı mərhələlərinə dəvət olunacaqlar.
Email: hr@yapikredi.com.az
Namizədə tələblər:- Maliyyə və əlaqəli sahələrdə ali təhsil;
- Risklərin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
- Güclü analitik, problem həll etmə və ünsiyyət qurma bacarığı;
- BMHS 9 və gözlənilən zərər ehtiyatı haqqında yaxşı bilik;
- Yüksək səviyyədə Excel biliyi;
- R, Python və ya digər proqramlaşdırma alətləri üzrə biliklər arzuolunandır;
- FRM/PRM/CFA/ACCA kimi sertifikatın mövcudluğu arzuolunandır;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!