Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

MKT İstehsalat Kommersiya MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    11 may 2022

  • Bitmə tarixi

    10 iyun 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

  • Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
  • Əsas göstəricilərin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
  • MKT İK MMC qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisaları hazırlamaq;
  • Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin, məntiqi analizləri üçün risk səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaratmaq;
  • Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Namizədə tələblər:

Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dilində əla, ingilis və rus dillərində yaxşı səviyyədə bilik;
Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli bacarığı;
Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Analitik təhlil etmə qabiliyyəti;
Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
Məsuliyyətli
Şəxsi inkişafa meylli
Pozitiv
Özünütəşkiletmə qabiliyyəti
Nailiyyət yönümlülük
Etibarlılıq
Dürüstlük
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında; 
İş qrafiki:  Beş günlük iş həftəsi
İş yeri: Baki şəhəri, Qafqaz Business Center
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox