Kredit və bazar risklərinin təhlili şöbəsi, aparıcı mütəxəssis/böyük mütəxəssis

Kredit və bazar risklərinin təhlili şöbəsi, aparıcı mütəxəssis/böyük mütəxəssis

Expressbank ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    18 sentyabr 2026

  • Bitmə tarixi

    18 oktyabr 2026

Təsvir

  • Kredit portfelinin məhsul, sektor, müştəri seqmenti və digər əsas göstəricilər üzrə təhlil edilməsi, əsas kredit risk indikatorlarının monitorinqi və risk meyillərinin müəyyənləşdirilməsi;
  • Kredit risklərinin stress-test, ssenari və sensitivlik təhlilləri, o cümlədən Vintage, Roll-Rate/Migration və digər analizlər vasitəsilə qiymətləndirilməsi, nəticələr üzrə təklif və fəaliyyət planlarının hazırlanması;
  • Bankın əsas risk göstəricilərinin, limitlərinin və Risk İştahası indikatorlarının monitorinqi, kənarlaşmaların müəyyən edilməsi və müvafiq tədbirlərin koordinasiyası;
  • IFRS 9/ECL və prudensial ehtiyatlar üzrə məlumatların hazırlanması və yoxlanılması, ehtiyatların dinamikasının təhlili və proqnozlaşdırılması, kənar audit prosesində iştirak edilməsi;
  • Daxili risk reytinqi və scoring sistemlərinin dövri əks-yoxlanılması və validasiyası, model performansının qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi;
  • Kredit risklərinin təhlili və idarə edilməsi üzrə qayda, metodologiya və prosedurların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edilməsi;
  • Bankın likvidlik mövqeyinin, LCR, NSFR, ani likvidlik, likvidlik GAP-ı, likvidlik buferi və maliyyələşmə mənbələrinin monitorinqi, likvidlik riskləri üzrə stress-test və ssenari təhlillərində iştirak edilməsi;
  • Faiz dərəcəsi, valyuta və digər bazar risklərinin, o cümlədən açıq valyuta mövqeyi, faiz həssaslığı və risk limitlərinin monitorinqi, bazar riskləri üzrə stress-test və həssaslıq təhlillərində iştirak edilməsi.

Tələblər

  • Ali təhsil (iqtisadi, maliyyə, statistika, riyazi və ya əlaqəli sahə üzrə ixtisas);
  • Kredit, bazar və likvidlik risklərinin təhlili sahəsi üzrə iş təcrübəsi;
  • Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklər;
  • Microsoft Office proqramları və Oracle SQL üzrə yüksək səviyyədə işləmək bacarığı;
  • Likvidlik və bazar riskləri üzrə biliklər və praktiki təcrübə arzuolunandır;
  • FRM, CFA və ACCA sertifikatlarının olması arzuolunandır;
  • Analitik və tənqidi düşünmə, təhlil və qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və çeviklik;
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı;
  • Azərbaycan dilində səlis, ingilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Kredit və bazar risklərinin təhlili şöbəsi, aparıcı mütəxəssis/böyük mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox