Görəcəyiniz işlər:
- Kart və digər Rəqəmsal kanallar üzrə keçən şübhəli əməliyyatların təhlili.
- Müştərilər ilə əməliyyatın dəqiqləşdirilməsi
- Nəticəyə əsasən tədbir planının görülməsi
- Hesabatların hazırlanması və müxtəlif instansiyalara təqdim edilməsi
- Dələduzluq əməliyyatları üzrə tendensiyaları müəyyənləşdirmə və çoxhesablı əlaqələr quraraq saxta hesabların aşkarlanmasının həyata keçirilməsi
- Elektron ticarət, POS, mPOS və LinkPay məhsulları üzrə riskli xidmətlərə nəzarətin təmin edilməsi
- Müştəri olma prosesində müvafiq nəzarət sistemləri üzrə sorğuların idarəedilməsi, kənarlaşma hallarının müəyyən edilərək, aradan qaldırılması istiqamətində işlərin görülməsi
- Dələduzluq əməliyyatları ilə bağlı etiraz sorğularının idarəedilməsi
- Struktur üzrə təlim-tədris proseslərində, o cümlədən bankdaxili kommunikasiyanın təşkili və idarəedilməsində iştirak etmək
- Dələduzluq əməliyyatları üzrə mübahisəli halların araşdırılması, aradan qaldırılması
- Beynəlxalq Kart təşkilatlarının tələblərinə uyğun olaraq dələduzluq əməliyyatları üzrə hesabatların təqdim edilməsi və uyğunluğunun yoxlanılması
- Beynəlxalq Kart Təşkilatları üzrə EFM, BRAM, ECM, QMAP, VDMP və VFMP proqram sorğularının idarəedilməsi və zamanında cavablandırılmasının təmin edilməsi
Bizim üçün uyğun namizəd:
- Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
- Kompüter avadanlığı, əməliyyat sistemi(Microsoft Windows) və ofis proqram təminatı(Microsoft Office(Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri(JIRA, Manage Engine və s.)) ilə işləmə bacarığı;
- Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer);
- Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı olan;
- Fraud Management, Card Processing, Core Banking, Merchant Screening, Internet Banking, Mobile/Web Banking və s. növ proqram təminatları və modulları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Yükəsək səviyyədə ünsiyyət bacarığı;
- Analitik düşünmə bacarığı olan şəxsdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!