Vakansiya haqqında
Azərbaycanda fəaliyyət göstərən Hoffman Co konsultinq şirkəti Qrafik Dizayner vəzifəsi üzrə 2 aylıq Təcrübə proqramı elan edir ! Proqram dizaynerlik sahəsində karyera qurmaq istəyən və öyrəndiklərini professional şəkildə tətbiq etməyə fokuslanacaq gənclər üçün nəzərdə tutulmuşdur.
Namizədə tələblər:
- PhotoShop, Illustrator müəyyən qədər biliyi olmalı;
- Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı;
- Daima öyrənməyə və araştırmaya həvəsli;
- Rəhbərliyin tapşırıqlarını vaxtında təhvil vermək;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi;
- Gülərüz, yaxşı ünsiyyət və əməkdaşlıq bacarığı, məsuliyyətli, optimist;
- Dil biliyi: Azərbaycan dili normal səviyyədə, rus və ingilis dili biliyi üstünlük sayılır;
Seçiləcək namizəd keçirilən təlim, kamp kimi layihələrdə iştirak edəcək sertifikatlarla təltif olunacaq. Namizəd 2 ayı uğurlu başa vursa daimi işlə təmin olunacaq.
Qeyd: Niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz sualına qısa mail olaraq cavab göndərən namizədlərə üstünlük veriləcək.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!